Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11,7 milyard dollardan çoxdur

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2012-ci il noyabrın 1-nə 11 743,2 milyon dollar təşkil edib ki, bu da ötən ilin noyabrın 1-nə nisbətən 4 714,6 milyon dollar və ya 67,1 faiz çoxdur.
AMB-dən "APA-ECONOMICS "ə verilən məlumata görə, bu ilin oktyabr ayında Mərkəzi Bankın valyuta ehtiyatları 236,7 milyon dollar və ya 2,1 faiz artıb.
Cədvəldən göründüyü kimi, 2010-2011-ci illərdən fərqli olaraq, bu il ərzində valyuta ehtiyatları üzrə artım dinamikası kəskin deyil. Ümumilikdə, ilin əvvəlindən artım 1 261,7 milyon manat və ya 12 faiz təşkil edib. Müqayisə üçün bildirək ki, 2010-cu ildə artım 1 245,9 milyon manat və ya 24,1 faiz, 2011-ci ildə isə 4 073,9 milyon manat və ya 63,6 faiz təşkil edib.
Lakin qeyd olunmalıdır ki, təkcə ötən ilin dekabrında valyuta ehtiyatları birdən-birə 3,454 milyard dollar və ya 49,2 faiz artıb və bu artım Mərkəzi Bank tərəfindən dekabr ayında bazardan valyuta vəsaitlərini iri həcmdə alması ilə əlaqədar olub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında