bp və ARDNŞ görüləcək işləri müzakirə edirlər

Ötən həftə Londonda keçirilmiş görüşlərin davamı olaraq BP rəhbərliyinin hasilat, işlənmə, strategiya və inteqrasiya bölümlərini təmsil edən bir qrup yüksək vəzifəli şəxs Bakıya 3 günlük işgüzar səfər etmişdir.
BP şirkətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Azəri-Çıraq-Günəşli (AÇG) hasilatı ilə bağlı məsələlərin müzakirəsini davam etdirmək, həmçinin BP-nin region üzrə gələcək planlarını nəzərdən keçirmək olub. Səfər zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə görüş, həmçinin BP-nin regional rəhbərliyi və işçi heyəti ilə bir sıra görüşlər keçirilib.
BP-nin işlənmələr üzrə icraçı vitse-prezidenti Bernard Luni bildirib ki, keçirilmiş görüşlərin hər biri əhəmiyyətli olub: "Bu görüşlər qarşıda duran vəzifələrimizi əks etdirən işlərin müəyyənləşdirilməsinə kömək etdi. Mən ARDNŞ-in rəhbərliyinə göstərdikləri əməkdaşlığa və AÇG hasilatı ilə bağlı məsələlərin Azərbaycan xalqının və bizim tərəfdaşların mənafeyi üçün çözülməsində bizimlə birlikdə işləmək niyyətlərinə görə təşəkkür edirəm. Təbii, onlar da istəyirlər ki, bizim işlərimiz uğurlu olsun və biz birlikdə Azərbaycanda dünya səviyyəli biznesimizə davam etmək üçün düzgün tədbirlər həyata keçirməkdə uğurlu olacağıq".
Bakıdakı görüşlər məxsusi olaraq AÇG hasilatı ilə bağlı məsələlərin çözülməsi üçün tədbirlər kursu müəyyənləşdirməyə yönəlib. BP-nin hasilat üzrə icraçı vitse-prezidenti Bob Frayar qarşıda duran vəzifələrlə əlaqədar demişdir: "Qazma əməliyyatlarımız da daxil olmaqla iş icramızı bundan sonra da intensivləşdirmək və əsas diqqəti işlərin təhlükəsiz şəkildə aparılmasına yönəltməklə hasilatı maksimallaşdırmaq üçün prioritetlərimiz və həyata keçirəcəyimiz tədbirlər bizə aydındır. Biz AÇG hasilatı ilə bağlı məsələlərin həll edilməsində israrlıyıq və bunu mümkün qədər tez etmək üçün BP-nin bütün dünya üzrə ən yaxşı resurslarını buraya gətirəcəyik.Onu da vurğulamaq istərdim ki, AÇG üzrə tərəfdaşlığımız ötən 18 il ərzində çox uğurlu olub. İndi isə qarşımızda bir çözüləsi məsələ durur və biz ARDNŞ, Azərbaycan hökuməti və tərəfdaşlarımızla birlikdə işləyərək onu mümkün qədər tez yoluna qoymaqda israrlıyıq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında