Daha 4 vergi ödəyicisinə xidmət mərkəzi istifadəyə verilmişdir

Oktyabrın 17-də Neftçala və Yardımlı, oktyabrın 18-də Astara, oktyabrın 19-da isə Lerik şəhərində Vergilər Nazirliyinin nümayəndələrinin, yerli icra hakimiyyəti orqanlarının, sahibkarların və ictimaiyyət nümayəndələrinin, iştirakı ilə yeni istifadəyə verilən vergi ödəyicilərinə xidmət mərkəzlərinin açılış mərasimi keçirilmişdir. 
Açılış mərasimlərində çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov tədbir iştirakçılarının nəzərinə çatdırmışdır ki, vergilərin könüllü ödənilməsi sisteminin və sahibkarlığın inkişafı vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən regionlarda, xüsusilə vergi orqanı olmayan iri şəhər və rayonlarda vergi ödəyicilərinə xidmət mərkəzi yaradılır. Hazırda respublikada müasir standartlara cavab verən 40 xidmət mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə vətəndaşlara vergi qanunvericiliyinin tətbiqi barədə izahatlar verilir, vergi bəyannamələrinin elektron formatda tərtib edilməsi və göndərilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılması ilə bağlı xidmətlər göstərilir, sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyən şəxslər üçün təlimlər keçirilir.
Oktyabrın 18-də Lənkəran şəhərində yerli vergi ödəyiciləri ilə görüş keçirilmişdir. Görüşü vergilər nazirinin müşaviri Ələkbər Məmmədov açaraq vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin qurulması istiqamətində görülən işlərin Azərbaycan Respublikasının vergi sistemində aparılan islahatların mühüm istiqamətlərindən biri olduğunu vurğulamış və "Vergi ödəyicilərinin vergi xidmətlərindən istifadə imkanlarının araşdırılması və vergi xidmətinin ünvanlığının təmin olunması Layihə"si barədə məlumat vermişdir.
Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev Vergilər Nazirliyinin aparatında və yerli vergi orqanlarında aparılmış islahatlardan söz açmışdır. Natiq ölkəmizdə həyata kecirilən vergi siyasəti nəticəsində biznes mühitinin ildən-ilə yaxşılaşdığını, sahibkarların sayının artdığını qeyd etmişdir. O, hazırda vergi qanunvericiliyinin təkmilləsdirilməsi üzərində aparılan işlərin davam etdiyini, bu prosesin vergi ödəyicilərinin fəaliyyətininn daha da asanlaşdırılmasına və vergi yükünün azaldılmasına xidmət etdiyini vurğulamışdır.
Vergi Ödəyicilərinə Xidmət İdarəsinin rəisi Elçin Məmmədov vergi ödəyicilərinə göstərilən xidmətlərin çeşidi, 2011-2015-ci illəri əhatə edən "Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası"nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi vəziyyəti haqqında görüş iştirakçılarına məlumat vermişdir. Görüş iştirakçılarının nəzərinə çatdırılmışdır ki, vergi sistemində informasiya texnologiyalarının tətbiqinə diqqətin durmadan artırılması nəticəsində vergi ödəyicilərinə hazırda 50-dək elektron xidmət göstərilir və bu rəqəm gələcəkdə daha da artırılacaqdır.
Görüşdə yerli vergi ödəyicilərini və sahibkarların, ictimai təşkilatların nümayəndələrini maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılmışdır. Sahibkarlar vergi sistemində tətbiq edilən elektron xidmətlərin onların işini yüngulləşdirdiyini xüsusi vurğulayaraq bəyannamələrin gondərilməsində daha asan proqram təminatlarının tətbiq olunmasını təklif etmişlər.

{nl}

V. BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında