Səlim MÜSLÜMOV: Əməkhaqqının tam leqallaşmasına nail olmaq əsas hədəf kimi seçilmişdir

Bakı Biznes Universitetində Azərbaycanın sığorta-pensiya sisteminin son 20 ildəki inkişaf tarixinə həsr olunan konfrans keçirilmişdir. Toplantıda Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov çıxış edərək Azərbaycanın sığorta-pensiya sisteminin 20 illik inkişafının əsas istiqamətlərindən danışmışdır. 
Fondun sədri çıxışında həyata keçirilən islahatlar nəticəsində ölkəmizin beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelinin formalaşdığını və bu modelin müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirdiyini vurğuladı. O bildirdi ki, hazırda yeni sığorta-pensiya sisteminin fəaliyyəti dövründə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqlarının həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilmişdir.
S.Müslümov ötən dövr ərzində görülən islahat tədbirlərinin hər il pensiya məbləğlərinin əhəmiyyətli artımını şərtləndirdiyini vurğuladı. O xüsusi olaraq qeyd etdi ki, 2006-cı ildən hazıradək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 6 sərəncam verilmiş, bununla yanaşı əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyası tamamlanmışdır. Hazırda əmək pensiyalarının orta aylıq məbləği 151,3 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 167,7 manata çatdırılmışdır. S.Müslümov həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçılarımızın 97 faizinin pensiya məbləğinin yoxsulluq həddinin üzərinə çıxdığını deyərək, bu gün ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbətinin 40 faizə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbətinin isə 45 faizə çatdığını qeyd etdi.
Konfransda müəllim və tələbələrin çoxsaylı suallarını cavablandıran S. Müslümov perspektivdə sığorta-pensiya sistemində gözlənilən son yeniliklərdən bəhs etdi. O, toplantı iştirakçılarının diqqətinə çatdırdı ki, sığorta-pensiya sisteminin inkişafı beynəlxalq standartlar üzrə həyata keçirilən aktual hesablamalara əsaslanaraq aparılır. Fondun sədri bildirdi: "Pensiyaların baza hissəsinin ölkə üzrə yaşayış minimumu səviyyəsinə uyğunlaşdırılması, orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqına nisbətinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, pensiya təminatına yönəldilən vəsaitlərin ÜDM-ə nisbəti üzrə beynəlxalq təcrübədə qəbul olunmuş normaların gözlənilməsi qarşıda duran əsas vəzifələrdəndir". O qeyd etdi ki, nəzərdə tutulan islahatların vaxtında həyata keçirilməsi üçün sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının təmin olunması əsas şərtdir.
S. Müslümovun sözlərinə görə, mövcud bazar iqtisadiyyatı şəraitində sosial ödənişlərə yönəldilən vəsaitlər öz mənbəyini real iqtisadiyyatdan, daha konkret desək, əməkhaqlarının sosial sığortaya cəlb olunmasından götürməlidir. Bu məqsədlə də həm iqtisadiyyatdakı əməkhaqqı məbləğlərinin tam uçota alınması, həm də sosial sığortalanmadan yayınmanın aradan qaldırılması öz həllini tapmalıdır. İşləyənlərin iş yerlərində rəsmiləşdirilməsinə və əməkhaqqının tam leqallaşmasına nail olmaq, bu yolla sosial sığorta haqları kimi ödənən və fərdi hesablarda qeydə alınan pensiya kapitallarını artırmaq əsas hədəf kimi seçilib və son vaxtlar bu istiqamətdə müvafiq addımlar atılmaqdadır. "Maliyyə dayanıqlığının artırılmasına yönəldilmiş istiqamətlərdən biri də sığorta-pensiya sistemində yığım komponentinin tətbiqidir.
Yığım komponentinin tətbiqi daha mürəkkəb mərhələ olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən daha çox asılıdır"- deyən S. Müslümov hazırda yığım komponentinin tətbiqi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq təhlillərin aparılması işinin davam etdirildiyini vurğuladı. Bildirdi ki, daha bir istiqamət qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlıdır ki, qarşıdakı illər ərzində Azərbaycanda qeyri-dövlət pensiya fondlarının yaradılması üçün qanunvericilik bazasının formalaşdırılması istiqamətində addımlar atılacaqdır.

{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında