Asiya İnkişaf Bankı yardım edir

Göyçay şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlər uğurla davam etdirilir. Bu işlər Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi "Şəhər su təchizatı və kanalizasiya layihəsi" və "Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı" çərçivəsində 2 mərhələdə həyata keçirilir.
Bu günlərdə Göyçayda olan Asiya İnkişaf Bankının şəhər təsərrüfatının inkişafı üzrə baş mütəxəssisi Vicay Padmanabhan layihə üzrə həyata keçirilən işlərlə tanış olduqdan sonra jurnalistlərə müsahibəsində bildirmişdir ki, 2012-ci ilin yanvar ayından icrasına başlanılan layihənin ikinci mərhələsi 18 aydan sonra başa çatacaq və bundan sonra Göyçayda hər bir ailə fasiləsiz içməli su ilə təchiz olunacaqdır. Qeyd olunmuşdur ki, "Azərsu" ASC ilə birgə Göyçayda kanalizasiya sistemi də yenidən qurulur və rayonda yaşayan hər bir sakinin mənzili bu yeni kanalizasiya sisteminə qoşulacaqdır.
Ümumiyyətlə, proqram çərçivəsində Ağdaş, Göyçay, Naxçıvan, Beyləqan, Balakən və Ağcabədidə su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq. Razılığa əsasən Asiya İnkişaf Bankı Azərbaycan hökumətinə 600 milyon dollar ayıracaq. İndiyədək bu vəsaitdən 375 milyon dolları iki mərhələdə ayrılmışdır. Həmin vəsaitə Naxçıvan, Göyçay, Ağdaş şəhərləri üçün ilk tranş 75 milyon, ikinci tranş isə 300 milyon dollar təşkil edir. Vəsaitin bir hissəsi, yəni 130 milyonu Naxçıvan, 170 milyonu isə Göyçay, Ağdaş və Beyləqan rayonları üçün nəzərdə tutulmuşdur. Layihənin 3-cü tranşı 2013-cü ilin birinci rübündə həyata keçiriləcəkdir.
Bildirilmişdir ki, icrasına 2008-ci ildə başlanmış "Şəhər su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində texniki və təşkilati işlər həyata keçirilmişdir. Bu mərhələdə Göyçay şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə 3 subartezian quyu qazılmış, sugötürücü kamera daxil olmaqla həcmi 2500 kubmetr olan yeni su anbarı, xlorator və laboratoriya binası, nasos stansiyası tikilmişdir. Eyni zamanda, "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyəti (TSC) üçün yeni inzibati bina və istehsalat bazası inşa edilmiş, zəruri maşın və mexanizmlər alınmışdır. Bu mərhələ üzrə işlər 2010-cu ildə başa çatdırılmışdır.
Göyçay şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün hər birinin dərinliyi 140 metr olan 2 subartezian quyusu qazılacaq. Şəhərdə toplanmış məişət-tullantı sularının təmizlənməsi üçün çirkab sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulur. Layihəyə uyğun olaraq Göyçay şəhərinin küçələrində 312 yanğın hidrantı da quraşdırılacaqdır.
Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası nəticəsində 38 minə qədər şəhər sakininin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaqdır.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında