İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasında sədrlik Türkiyədən Azərbaycana keçmişdir

Xəbər verdiyimiz kimi, oktyabrın 15-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri (XİN) Şurasının 20-ci iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirin açılış mərasimində iştirak edən Türkiyənin xarici işlər naziri, İƏT XİN Şurasının hazırkı sədri Əhməd Davudoğlu sədrliyin Türkiyədən Azərbaycana keçdiyini alqışlamışdır.
Ə.Davudoğlu bildirmişdir ki, Türkiyə sədrlik təcrübəsini Azərbaycan ilə yaxından bölüşəcəkdir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin İƏT XİN Şurasında sədrlik dövründə fəaliyyətinin əsas prioritetlərini açıqlamışdır. Nazir bildirmişdir ki, bu prioritetlər sırasında nəqliyyat, informasiya texnologiyaları, ətraf mühit sahələrində dialoqun genişləndirilməsi də vardır.
Azərbaycanın Əfqanıstanda sülhyaratma prosesinə dəstəyinin davam edəcəyini vurğulayan E.Məmmədyarov İƏT məkanında həlli uzadılmış münaqişələrin hələ də mövcud olduğunu qeyd etmişdir. Nazir bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn normalarına və prinsiplərinə əsasən həll olunmalıdır. Bunun başqa alternativi yoxdur. O, münaqişənin nizamlanması ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə İƏT-in üzvü olan ölkələrə təşəkkür etmişdir.
Qeyd edək, ki, iclasda İƏT-in üzvü olan ölkələrin xarici siyasət idarələrinin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri, ekspertlər iştirak etmişlər.
İclasın gündəliyinə bir sıra məsələlər daxil edilmişdir. Belə ki, iclasda regional, iqtisadi və digər sahələrdə ölkələr arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Sonda Xarici İşlər Nazirləri (XİN) Şurasının 20-ci iclasının bəyannaməsi qəbul olunmuşdur.
Toplantı iştirakçıları Bakıda keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının iclasının yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə Azərbaycan xalqına və hökumətinə minnətdarlıqlarını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında