Bakıda "İslam Konfransı Təşkilatının üzv ölkələri arasında ticarətin gücləndirilməsi üçün yol xəritəsinin hazırlanması"na dair Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının iclası başa çatmışdır

İslam İnkişaf Bankının (İİB) illik toplantısı çərçivəsində Bakıda keçirilən "İslam Konfransı Təşkilatının (İKT) üzv ölkələri arasında ticarətin gücləndirilməsi üçün yol xəritəsinin hazırlanması"na dair Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının iclası iyunun 22-də başa çatmışdır.
AzərTAc xəbər verir ki, tədbirin ikinci günündə bir daha ekspertlərin diqqəti İİB-in üzvü olan ölkələr arasında əməkdaşlığı daha da inkişaf etdirəcək və yeni nailiyyətlərin qazanılmasına təkan verəcək yol xəritəsinin hazırlanmasına yönəldilmişdir.
İKT-nin üzv ölkələrinin iqtisadiyyatı üçün ticari yardımlar üzrə müvafiq yol xəritəsinin hazırlanmasına dair məsələlər müzakirə olunmuş, bir sıra təkliflər irəli sürülmüş və müəyyən razılıqlar əldə edilmişdir.
Xarici ekspertlər İslam ölkələri arasında yol xəritəsinin dövlətlər arasında ticarətin gücləndirilməsində, bu sahədə əlaqələrin mükəmməl qurulmasında əhəmiyyətini vurğulamışlar.
Bildirilmişdir ki, İslam ölkələri ilə Avropa İttifaqına üzv dövlətlər arasında ticarətin inkişaf etdirilməsi zəruridir. İslam ölkələri ticarətin inkişafı üçün mövcud potensialdan səmərəli istifadə etməli, bürokratik əngəlləri aradan qaldırmalıdırlar.
İclasda, həmçinin İslam ölkələri arasında ticarətin inkişafı istiqamətində gömrük proseduralarının sadələşdirilməsinə, beynəlxalq miqyasda dövlətlər arasında əlaqələrin genişləndirilməsinə, qarşıya çıxan maneələrin aradan qaldırılması istiqamətində birgə səylərin göstərilməsinə, maliyyə sisteminin gücləndirilməsinə, təcrübə mübadiləsinə və s. məsələlərə dair fikir mübadiləsi aparılmışdır.
Tədbirdə qərara alınmışdır ki, İKT-nin üzv ölkələri arasında ticarətin gücləndirilməsinə dair yol xəritəsinin prioritetlərinə nazirlərin Bakıda keçiriləcək görüşündə baxılsın.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında