"Azərbaycan və digər MDB ölkələrində biznes və investisiya imkanları" mövzusunda konfransda maraqlı təqdimatlar olmuşdur

Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycan İnvestisiya Şirkəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının təşkilatçılığı ilə "Azərbaycan və digər MDB ölkələrində biznes və investisiya imkanları" mövzusunda konfrans keçirilir.
Bakıda davam edən İslam İnkişaf Bankı Müdirlər Şurasının 35-ci illik toplantısı çərçivəsində reallaşan tədbirdə Azərbaycan, MDB və ümumilikdə 21 ölkədən dövlət rəsmiləri ilə yanaşı, İslam İnkişaf Bankı Qrupu və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının nümayəndələri, informasiya texnologoyaları, turizm, kənd təsərrüfatı, maliyyə və bankçılıq, logistika, səhiyyə, sənaye, tikinti, enerji və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli və xarici iş adamı iştirak edir. İyunun 22-də konfrans öz işini ölkə təqdimatları ilə davam etdirmişdir.
Tədbirin ikinci günündə Qazaxıstanın Almatı şəhərindəki regional maliyyə mərkəzinin tənzimlənməsi agentliyinin sədri Arken Aristanov, bu ölkənin "Al-Hilal" Bankının meneceri Alim Timur, Özbəkistan Yenidənqurma və İnkişaf Fondunun icraçı direktoru Şuxrat Vafayev, Beynəlxalq İqtisadi Əlaqələr, İnvestisiyalar və Ticarət Nazirliyinin şöbə müdiri Cəsur Taciyev, "Uzbeklizinq İnternational" şirkətinin baş direktoru Zafar Mustafayev, "SPA Elxoldinq"in prezidenti Rüstəm Sattarov, həmin şirkətin vitse-prezidenti Alim Yunusov, Türkmənistan İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Atacan Atayev, Tacikistan İqtisadi İnkişaf və Ticarət Nazirliyinin şöbə müdiri Sadi Qodirov, Qırğızıstanın iqtisadi tənzimləmə və ticarət nazirinin müavini Sultan Ahmatov təmsil etdikləri dövlətlərdə mövcud investisiya imkanlarını və biznes mühitini əks etdirən maraqlı təqdimatlarla çıxış etmişlər.
Sonra konfransın yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş icraçı direktoru Xalid əl-Abudi Bakıda keçirilən İslam İnkişaf Bankı Müdirlər Şurasının 35-ci illik toplantısının, bu möhtəşəm tədbir çərçivəsində reallaşan "Azərbaycan və digər MDB ölkələrində biznes və investiya imkanları" mövzusunda konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan və MDB-nin digər ölkələrində geniş investisiya imkanları mövcuddur. Lakin bütün investorlar, o cümlədən, İslam İnkişaf Bankına üzv dövlətlərdəki sərmayədarlar bu biznes mühiti haqqında tam məlumatlı deyillər. Biz Azərbaycan hökumə\ti ilə birlikdə bu konfransı ona görə keçirdik ki, regionda investisiya imkanları haqqında ətraflı və müfəssəl məlumat əldə edək. 21 ölkə investorlarının iştirak etdikləri konfransda iki gündə aparılmış müzakirələrin nəticələri bu tədbirin kifayət qədər faydalı olduğunu sübut etmişdir. Konfransda iştirak edən investorlar Azərbaycanın və MDB-nin digər müsəlman dövlətlərinin, o cümlədən Rusiya Federasiyasının Tatarıstan Respublikasının investisiya imkanları və biznes mühiti haqqında geniş məlumata malik oldular. Bu, onların gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmələri baxımından əla fürsətdir.
Rəhbərlik etdiyi Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının 2003-cü ildən Azərbaycan ilə əməkdaşlıq etdiyini, bu müddətdə ölkəmizdə aparılan iqtisadi islahatları, xüsusilə, özəl sektorun inkişafı, investisiya mühitinin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirləri diqqətlə izlədiklərini deyən Xalid əl-Abudi son illərdə respublikamızın sürətli inkişafından, regionun lider dövlətinə çevrilməsindən son dərəcə məmnun olduqlarını vurğulamışdır. Artıq Azərbaycan regionun investisiya şəbəkə mərkəzinə çevrilməkdədir.
Mətbuat konfransında Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş icraçı direktoru Xalid əl-Abudi, AZPROMO-nun prezidenti Adil Məmmədov və Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev jurnalistlərin çoxsaylı suallarını cavablandırmışlar.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında