Bakıda MDB İcraiyyə Komitəsi yanında mühasibat uçotu üzrə Əlaqələndirmə Şurasının doqquzuncu iclası keçirilmişdir

Oktyabrın 4-də Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi yanında mühasibat uçotu üzrə Əlaqələndirmə Şurasının doqquzuncu iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülmüşdür.
Tədbiri Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini İlqar Fətizadə açaraq bildirmişdir ki, Əlaqələndirmə Şurasının iclasları MDB ölkələrinin mühasibat uçotu sistemində fundamental islahatların aparılmasına mühüm töhfələr vermişdir. Qeyd olunmuşdur ki, son illərdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində mühüm addımlar atılmış, qısa müddətdə ölkədə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçid təmin olunmuş, zəruri hüquqi-normativ baza yaradılmış, tədris üçün metodiki vəsaitlər hazırlanmış və beynəlxalq mühasibat uçotunun əsasları üzrə bir neçə mərhələli təlimlərə başlanılmışdır.
Əlaqələndirmə Şurasının iclasında milli mühasibat uçotu sistemlərinin inkişafı, o cümlədən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi, qeyri-hökumət təşkilatları üçün mühasibat uçotunun tənzimlənməsi təcrübəsi, mühasibat uçotu sahəsində beynəlxalq təşkilatların fəaliyyəti, MDB-yə üzv olan ölkələrin milli təsərrüfat subyektlərinin birləşdirilmiş maliyyə hesabatlarının razılaşdırılması üzrə layihə və mühasibat uçotu sahəsində mütəxəssislərin milli sertifikatlarının qarşılıqlı tanınması təcrübəsi ilə bağlı müzakirələr aparılmış və müvafiq qərarlar qəbul olunmuşdur.
İdarə rəhbərləri səviyyəsində keçirilən iclasda MDB İcraiyyə Komitəsinin yanında mühasibat uçotu üzrə Əlaqələndirmə Şurasının Rusiya Federasiyası, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistandan olan üzvləri, Rusiya Federasiyasının Peşəkar Mühasiblər və Auditorlar İnstitutunun, "Maliyyə uçotu və hesabatlılığı standartları üzrə milli təşkilat" Fondunun, Auditorlar Palatası, mühasibat uçotu və audit fənlərinin tədrisi üzrə təhsil müəssisələrinin və digər nümayəndələr iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında