Fərdi birdəfəlik ödəmələrin verilməsi üçün əmanətçilərdən "Kapital Bank"a 995 min 673 müraciət daxil olmuşdur

Cari il iyunun 1-dən sentyabrın 30-dək fərdi birdəfəlik ödəmələrin verilməsi üçün əmanətçilərdən "Kapital Bank"a 995 min 673 müraciət daxil olmuşdur. 
Bu barədə Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə birdəfəlik ödəmələrin verilməsi prosesi üzrə 4 ayın yekunları ilə bağlı keçirilmiş mətbuat konfransında "Kapital Bank" ASC-nin idarə heyəti sədrinin müavini, Bankın Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzinin direktoru Araz Əliyev məlumat vermişdir.
Mərkəzin direktoru bildirmişdir ki, bu müddətdə "Kapital Bank"ın Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzində 956 min 921 müraciətə baxılmış, 819 min 774 əmanətçiyə ümumilikdə 349 milyon 109 min 141,95 manat vəsait ödənilmişdir.
Diqqətə çatdırılmışdır ki, 65 min 880 müraciət üzrə də ödənişlərin aparılmasına icazə verilmiş, sənədlərini təqdim etmiş həmin əmanətçilər fərdi birdəfəlik ödəməni götürmək üçün hələlik yerli xidmət məntəqələrinə müraciət etməmişlər.
Müxtəlif hüquqi səbəblərdən 71 min 267 müraciətin icrasından imtina edilmiş, 38 min 752 müraciətə isə hazırda baxılmaqdadır.
Azərbaycanın işğal olunmuş ərazilərindən olan keçmiş SSRİ Əmanət Bankının əmanətçilərinə birdəfəlik ödənişlərin verilməsi məntəqəsi açılmışdır
Oktyabrın 1-dən SSRİ Əmanət Bankının Azərbaycanın işğal olunmuş ərazilərində və Naxçıvan Muxtar Respublikasında yerləşən filiallarında əmanətlərə malik olan şəxslərə birdəfəlik fərdi ödənişlərin verilməsi məntəqəsi fəaliyyətə başlamışdır.
Bu barədə birdəfəlik ödəmələrin verilməsi prosesi üzrə 4 ayın yekunları ilə bağlı keçirilmiş mətbuat konfransında "Kapital Bank" ASC-nin idarə heyəti sədrinin müavini, bankın Əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzinin direktoru Araz Əliyev məlumat vermişdir.
Mərkəzin direktoru demişdir ki, Xaqani küçəsi, 51 ünvanında fəaliyyət göstərən 144 saylı məntəqəyə Azərbaycanın işğal olunmuş ərazilərindən və Naxçıvan Muxtar Respublikasından olan əmanətçilər müraciət edə bilərlər.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında