Nabukko Konsorsiumunun icraçı direktoru Azərbaycana gələcəkdir

"Nabucco Gas Pipeline İnternational" Konsorsiumun icraçı direktoru Reynhard Mitçek iyunun 23-də Azərbaycana səfərə gələcəkdir.
Konsorsiumun ölkəmizdəki nümayəndəliyindən bildirmişlər ki, R.Mitçek Avstriyanın Avropa və beynəlxalq işlər üzrə federal naziri Mixael Şpindeleqqerin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycana gələcəkdir.
Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulmuş Nabukko boru kəmərinin inşası məqsədi ilə yaradılan "Nabucco Gas Pipeline İnternational" Konsorsiumuna "OMV" (Avstriya), "MOL" (Macarıstan), "Transgaz" (Rumıniya), "Bulgargaz" (Bolqarıstan), "BOTAŞ" (Türkiyə) və "RWE" (Almaniya) şirkətləri daxildir. Hər bir tərəfdaş şirkətin Konsorsiumda payı 16,67 faiz təşkil edir.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında