Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının V qurultayı keçirilmişdir

Sentyabrın 28-də Bakıda Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının V qurultayı keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə keçirilən qurultayda ölkəmizlə yanaşı, Türkiyə, Rumıniya, Gürcüstan, Makedoniya, Ukrayna, Monteneqro, Orta Asiya və digər Avropa ölkələrindən nümayəndələr iştirak etmişlər.
Qurultayda federasiyanın sədri Tofiq Quliyev rəhbərlik etdiyi qurumun IV qurultayından ötən dövr ərzində fəaliyyəti və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, hesabat dövründə federasiyanın yeddi məclisi, icraiyyə komitəsinin 29 iclası keçirilmişdir. Son hesabat seçkiləri zamanı həmkarlar ittifaqı təşkilatlarına 126 gəncin namizədliyi irəli sürülmüş, onlardan 47 nəfəri sədr seçilmişdir. Sahə həmkarlar ittifaqı 47 rayon, birlik komitəsi və 72 min 139 həmkarlar ittifaqının üzvünü özündə birləşdirir. Qurum fəaliyyətini genişləndirmək məqsədilə müxtəlif xarici ölkələrdə layihələr həyata keçirir, sərgilər təşkil edir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanda kənd təsərrüfatı artan templə inkişaf edir. Ötən ilin yekunlarına görə, qeyri-neft sektorunda 9,4 faiz, kənd təsərrüfatı sahəsində isə 5,8 faiz artım qeydə alınmışdır. Cari ilin altı ayında isə kənd təsərrüfatı sahəsində artım yüksələrək 20,4 faizə çatmışdır. Genişmiqyaslı sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi nəticəsində son yeddi ildə 900 mindən çox yeni iş yeri açılmışdır. Bunun da nəticəsində işsizliyin səviyyəsi 1,4 dəfə aşağı düşmüşdür.
Qurultayın işinə uğurlar arzulayan AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev konfederasiyanın son illərdə gördüyü işlərdən danışmışdır. Vurğulanmışdır ki, həmkarlar ittifaqının inkişafı məqsədilə hüquqi baza formalaşdırılmış, qanunvericiliyə əlavə və dəyişikliklər edilmişdir. Hazırda Azərbaycan bu sahədə MDB ölkələri arasında qabaqcıl yerdədir.
Sonra Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının təftiş komissiyasının hesabatı dinlənilmiş, qurumun 2012-2017-ci illər üçün fəaliyyətinin əsas istiqamətləri müəyyənləşdirilmişdir.
Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri vəzifəsinə yenidən Tofiq Quliyev seçilmiş, qurumun Təftiş Komissiyasının tərkibi müəyyənləşdirilmişdir.
Çıxış edən qonaqlar AHİK-in fəaliyyətini yüksək qiymətləndirmiş, qonaqpərvərliyə görə minnətdarlığını çatdırmış, xatirə hədiyyələri təqdim etmişlər.
Sonda qonaqlar, eləcə də rayon həmkarlar ittifaqlarının xidmətdə fərqlənən sədrlərinə xüsusi hədiyyələr təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında