Azərbaycanda beynəlxalq reklam festivalı keçiriləcək

Azərbaycanın dünya reklam bazarına inteqrasiyası ildən- ilə genişlənməkdədir. İndi biz reklamçıların hər bir istehlakçının "beyni" üçün vuruşduğu dövrdə yaşayırıq. Ona görə də reklam işinin inkişafı daim diqqət mərkəzindədir və dövlətimiz buna böyük qayğı və diqqətlə yanaşır. Bakıda keçirilən turizmin reklamı üzrə beynəlxalq konfrans bu qayğının nümunəsi idi. Reklam işi həqiqətən ölkənin mədəni həyatının əhəmiyyətli sahələrindən birinə çevrilmişdir. 
Azərbaycanda reklam işinin bugünkü vəziyyəti ilə bağlı ətraflı məlumat almaq üçün Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Akademiyasının, Almaniya Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru Cahid Həsənova müraciət etdik.
Cahid müəllim dedi ki, Azərbaycanda reklam bumu ötən əsrin 90-cı illərindən başladı və insanlar illərlə informasiya qıtlığında yaşadıqları üçün bu reklamlar onlar üçün bir növ "qida" mənbəyi rolunu oynadı. Sonralar məlumat mənbələrinin sayı artdıqca insanlar reklamları daha az yadda saxlamağa və nəzər yetirməyə başladı. Əvvəllər televiziya, qəzet və radio mənbələri var idisə, indi küçədə hər addımbaşı yerləşdirilmiş bilbordlar, internetdə banerlər, mağazalarda asılan plakatlar, evlərə və hətta ofislərimizə göndərilən kitabçalardan, belə demək mümkünsə, təngə gəlirik. Bizim üçün yeni olan reklamın yaranması dövrün tələbinə çevrilib. Artıq Azərbaycanda reklamın yeni sahələri formalaşmağa başlayıb.Ölkəmizdə bir-birinin ardınca keçirilən beynəlxalq tədbirlər reklam bazarının genişlənməsinə də şərait yaradıb."Eurovizion" beynəlxalq mahnı yarışması, mədəniyyətlərarası dialoq forumları, musiqi festivallarını və s. buna misal göstərmək olar.
Ölkəmizdə reklam işi yüksələn xətlə inkişaf edir. Azərbaycan reklama qoyulan investisiyanın dinamikasına görə, Avropanın inkişaf etmiş ölkələrini də qabaqlaya bilib. Həmsöhbətim bildirdi ki, adətən yay aylarında ölkədə mövsümi reklamlar üstünlük təşkil edərdi. Bu il isə bütün sahələr üzrə reklam məhsulları yay mövsümündə diqqət mərkəzində oldu. Deməli, ölkədə reklam bazarı ildən -ilə yeniləşir, zənginləşir.
Cahid Həsənov bu il Azərbaycanda keçirilən turizm reklamının problemləri ilə bağlı beynəlxalq konfransın nəticələri barədə də danışdı. Dedi ki, Azərbaycan reklamının dünya reklam bazarına inteqrasiyası yolunda bu tədbirin böyük əhəmiyyəti oldu. Konfransın nümayəndələri bildirdilər ki, Azərbaycanın cox güclü reklam potensialı var. Sadəcə, bundan yararlanmaq lazımdır.
Bir də bildirildi ki, televiziya əsas reklam mənbəyimiz olaraq qalır. Demək olar ki, reklam izləyənlərin yarısı televiziyanın imkanlarından bəhrələnir. Və bunların da müəyyən hissəsi burada nümayiş etdirilən reklamlara etibar edir. Maraqlısı da odur ki, TV reklamı çox cüzi faiz insanı reklam olunan məhsuldan istifadə etməyə həvəsləndirir. Deməli, televiziyada gedən reklamlara hələ də etibar yoxdur və onların yalan olduqlarını hesab edənlər var. Məşhurluğuna görə ikinci yerdə küçədə yerləşdirilən reklam şitləri (bilboard) və mağazalardakı plakatlar durur. Lakin əgər 5 nəfər küçə reklamlarına fikir verirsə, onlardan yalnız biri həmin yerlərdə gördüklərinə inanır. Radio reklamı diqqəti cəlb etməsinə görə reytinqin üçüncü pilləsində saymaq olar.
Cahid Həsənovun sözlərinə görə, hələ də çoxluq bu fikirdədir ki, reklam malın keyfiyyətli olmasına zəmanət verən göstərici deyil. Bəlkə ona görə ki, bu gün pul verib keyfiyyətsiz nəsnəni də reklam etmək olar. Amma əslində reklam şəffaflığın sinonimi olmalıdır.
Xarici ölkələrdən götürülən reklamlar çox zəif tərcümə olunur. Demək olar ki, bütün telekanallarda diş məcunları (guya həkim ancaq bunu məsləhət bilir), şampunlar, kompyuterlər, özəl səhiyyə xidməti tam eyni mətn, eyni üsulda reklam edilir. Səhiyyə reklamları, elə bil orada işləyən həkimlər haqqında sənədli filmdir. Səmərəli reklam üçün yaxşı rejissor, ssenarist, keyfiyyətli avadanlıq və səs operatoru tələb olunur. Rejissorlarımız reklamların yüksək səviyyəli olmamasını lazımi texniki avadanlıqların yoxluğu ilə əlaqələndirirlər. Amma hər bir problemi texniki avadanlığın olmaması ilə əlaqələndirmək də düzgün deyil. Ciddi tələblərlə yanaşma məqsəd olaraq seçilməlidir. Bu gün reklam bazarı inkişaf edir. İndi institutlarda reklam fakültəsi açılıb. Gənclər hazırda bu işə çox maraq göstərirlər. Reklamla məşğul olmaq o demək deyil ki, təkcə küçədə bilboard qoyasan. Bu iş yaxşı rəssam, dizayner istəyir. Azərbaycanda ayrıca Reklam Akademiyası yaratmağa ehtiyac var.
Son olaraq Cahid müəllim onu da bildirdi ki, yaxın gələcəkdə Azərbaycanda beynəlxalq reklam festivalının keçirilməsi nəzərdə tutulur. Bu tədbir Azərbaycanda reklam işinin inkişafına yeni stimul verəcək.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında