Ağdamda Məcburi Köçkünlərin bacarıqlarının artırılması üçün inkişaf layihəsinin ikinci mərhələsinin həyata keçirilməsi ilə bağlı saziş imzalanmışdır

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən Ağdam rayonunda yeni salınmış qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərin bacarıqlarının artırılması üçün inkişaf layihəsi həyata keçirilir.
İyunun 21-də Kənd Təsərrüfatı Nazirliyində "Azərbaycan Respublikasının Ağdam rayonunun yeni salınmış qəsəbələrində məcburi köçkünlərin kənd yaşayış tərzində potensialın artırılması" layihəsinin ikinci mərhələsinin həyata keçirilməsi ilə əlaqədar saziş imzalanmışdır.
Azərbaycan hökumətinin və İsveçrənin İnkişaf və Əməkdaşlıq Təşkilatının maliyyələşdirəcəyi, FAO-nun reallaşdıracağı layihə növbəti üç ildə həyata keçiriləcəkdir.
Mərasimdə kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir ki, son 6 ildə Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar, eləcə də həyata keçirilən dövlət proqramları artıq istehlak olunan əsas məhsulların istehsalını təmin etmişdir. FAO ilə 3 regional və 4 milli layihənin reallaşdırıldığını diqqətə çatdıran nazir, bu layihələrin Azərbaycanda kənd təsərrüfatının inkişafındakı müsbət əhəmiyyətini vurğulamışdır.
İsveçrənin Azərbaycandakı səfiri Alain Quidetti layihənin ölkələrimiz arasındakı əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd etmişdir. Ümumi dəyəri 1 milyon 750 min ABŞ dolları olan layihədə Azərbaycan hökumətinin payı 15, İsveçrə hökumətinin payı isə 85 faizdir.
FAO-nun ölkəmiz üzrə nümayəndəsi və Mərkəzi Asiya üzrə subregional əlaqələndiricisi Mustafa Sinaser Azərbaycanda qaçqın və məcburi köçkünlərin böyük əksəriyyətinin ev və torpaqla təmin edilməsini yüksək qiymətləndirmişdir. Məlumat verilmişdir ki, layihədən bəhrələnəcək əhalinin 80 faizini qaçqın və məcburi köçkünlər təşkil edəcəkdir.
Sazişi Azərbaycan tərəfdən kənd təsərrüfatı naziri İsmət Abasov və FAO-nun ölkəmiz üzrə nümayəndəsi Mustafa Sinaser imzalamışlar.
Ağdam rayonunun 22 yeni salınmış qəsəbə və kəndində həyata keçiriləcək layihə ümumilikdə 22 min nəfəri əhatə edir. Layihədən 45 fermer qrupunda cəmləşmiş 600-1000 məcburi köçkün və yerli fermerin bəhrələnəcəyi gözlənilir.
Məqsəd məcburi köçkünlər və yerli fermerlərə davamlı gəlir gətirən fəaliyyətlər üçün təməlin yaradılmasıdır. Bu istiqamətdə mühüm elementlərdən biri rayonda fermerlər üçün texniki məsləhət və marketinq üzrə xidmətin təmin edilməsidir.
Layihə çərçivəsində əkin üçün lazım olan toxum və gübrə, bitki mühafizəsi üçün kimyəvi dərmanların verilməsi nəzərdə tutulmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında