Fransa şirkəti ilə əməkdaşlıq sazişi imzalanmışdır

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə Fransanın Suez Environnment şirkəti arasında "Bakı şəhərinin su təchizatı xidmətlərinin əməliyyat qiymətləndirilməsi və Master Plana dəstək" layihəsi üzrə müqavilə bağlanmışdır. Sənədi "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov və Suez Environnment şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebal imzalamışlar. Xatırladaq ki, müqavilə Bakı şəhərinin mövcud su təchizatı sisteminin vəziyyətini araşdırmaq, zəif tərəfləri üzə çıxarmaq və fasiləsiz su təchizatına nail olmaq üçün Fəaliyyət Planının müəyyənləşdirilib təqdim edilməsini, eyni zamanda, təcrübə mübadiləsini nəzərdə tutur.
İmzalanma mərasimində "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, dövlət başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bütün ölkə ərazisində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icra olunur. Ölkə Prezidentinin qarşıya qoyduğu əsas məqsədin Azərbaycan əhalisini fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz etməkdən ibarət olduğunu bildirən Q. Hüseynov buna nail olmaq üçün dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlığa xüsusi diqqət yetirildiyini vurğulamışdır. Abşeron yarımadası üzrə Master Planın hazırlanması üçün Türkiyə şirkətləri ilə müqavilə bağlandığını və bu planın ilkin təqdimatının keçirildiyini diqqətə çatdıran "Azərsu" ASC-nin sədri Fransa şirkəti ilə əməkdaşlıqdan sonra bu sahədə uğurların daha da artacağına və Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqların vaxtında və uğurla icra ediləcəyinə ümidvar olduğunu bildirmişdir.
Azərbaycan Prezidentinin Fransaya son səfəri zamanı iş adamları ilə görüşündə iştirak etdiyini xatırladan Suez Environnment şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezident Erik Gebal su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində Azərbaycanda aparılan irimiqyaslı layihələrdən xəbərdar olduğunu bildirmişdir. O qeyd etmişdir ki, dünyanın bir çox ölkəsində işləyən Suez Environnment şirkətinin rəhbərliyi Azərbaycanda həyata keçirilən layihələrdə iştirakdan məmnundur. Qonaq, həmçinin imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq götürdükləri öhdəlikləri tam yerinə yetirəcəyini və təkmil bir sənədin hazırlanıb "Azərsu" ASC-yə təqdim olunacağını bildirmişdir.
Xatırladaq ki, Prezident İlham Əliyev Parisdə Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan iş adamları ilə görüşündə Azərbaycanda su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində genişmiqyaslı işlərin aparıldığını bildirmişdir. Dövlətimizin başçısı demişdir: "Bizim su və kanalizasiya layihələri ilə bağlı böyük planlarımız vardır. Bu problem bizdə hər zaman mövcud olub. Təəssüf ki, Bakının və Azərbaycanın digər şəhərlərinin heç vaxt kifayət qədər su təchizatı olmayıb. Sovet dövründə yaradılan sistem kifayət etməyib. Qeyd etməliyəm ki, bu sistem köhnəlib və bir çox çətinliklər yaradır. Bu məqsədlə biz təmiz su təchizatı ilə bağlı böyük proqram həyata keçirmək qərarına gəlmişik. Suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalı və bütün şəhərlərimiz su ilə təchiz edilməlidir. Əlbəttə, Bakı birinci sıradadır, çünki o nəinki Azərbaycanın, hətta bütün Qafqazın ən böyük şəhəridir. Proqram çox genişdir və bizim dövlət şirkətimiz "Azərsu" buna görə məsuliyyət daşıyır. Onlar "GDF-Suez" ilə işləyirlər, yenicə müzakirələr aparıblar. Ümid edirəm ki, tezliklə layihənin reallaşdırılması istiqamətində praktik addımlar atılacaqdır. Hədəfimiz 2013-cü ilin sonuna qədər Azərbaycanın bütün şəhərlərini su ilə tam təchiz etməkdir. Paralel olaraq müasir kanalizasiya sisteminin qurulması da həyata keçiriləcəkdir. Amma yəqin ki, bunu gələn ilin sonuna qədər etmək mümkün deyil, bəlkə də bu, daha bir neçə ilə başa gələcəkdir".

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında