Bakıda Milli İnkişaf Maliyyə İnstitutları Assosiasiyası Baş Assambleyasının 26-cı iclası keçirilmişdir

İyunun 21-də Bakıda, "Gülüstan" Sarayında İslam İnkişaf Bankının İslam maliyyəçiliyinə dair 5-ci Qlobal Forumu çərçivəsində Milli İnkişaf Maliyyə İnstitutları Assosiasiyası (MİMİA) Baş Assambleyasının 26-cı iclası keçirilmişdir.
MİMİA-ya Azərbaycan, Türkiyə, Rusiya, İran, Banqladeş, Kamerun, Malayziya, Oman, Pakistan, Sudan, Tunis, Türkmənistan, Uqanda, Yəmən və s. ölkələrin maliyyə qurumları daxildir.
Qurani-Kərimdən surə oxunduqdan sonra iclasın sədri, MİMİA idarə heyətinin üzvü Mehmet Emin Özcan, Assosiasiyanın baş katibi Nuri Birtek və bu təşkilatın üzvü olan ölkələrin maliyyə qurumlarının təmsilçiləri çıxış etmişlər.
Vurğulanmışdır ki, iclasın keçirilməsi MİMİA-nın üzvü olan ölkələrin maliyyə qurumları arasında qarşılıqlı əməkdaşlığın inkişafına dəstək olacaq, əlaqələrin genişləndirilməsi imkanlarının müzakirə edilməsinə imkan verəcəkdir.
İclasda MİMİA-nın üzvü olan ölkələrin iqtisadiyyatının investisiya prioritetləri açıqlanmışdır. Onların arasında şaxələnmə, qeyri-neft sektoru, infrastrukturların inkişafı, yol tikintisinin davam etdirilməsi, kənd təsərrüfatı, İT sektoru, turizm, alternativ enerji sahəsinin, ekologiyanın inkişafı qeyd edilmişdir.
Bildirilmişdir ki, son illər MİMİA-nın üzvü olan ölkələrdə maliyyə xidməti sənayesinin inkişafı üzrə intensiv işlər aparılır və bu istiqamətdə çox böyük uğurlar əldə olunmuşdur. İslam maliyyə sistemi dünya maliyyə böhranı dövründə zərbəyə qarşı davamlı olmağa kömək etmişdir.
Qeyd olunmuşdur ki, MİMİA üzvü olan ölkələrin qarşısında sənayenin və İslam maliyyə sisteminin bütün dünyada yayılmasını təmin etmək üzrə öhdəliklər vardır. Dünya maliyyə böhranı inkişaf edən ölkələr arasında böyük qarşıdurmaya gətirib çıxarmışdır. Bunu nəzərə alaraq, MİMİA maliyyə əməliyyatları aparmaq və yüksək iqtisadi səviyyədə, şəriət qanunları əsasında İslam maliyyə sistemini qəbul etmək təklifini irəli sürmüşdür.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında