Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 347 manat təşkil edir

Məlumdur ki, 2001-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin fərmanı ilə 20 sentyabr Neftçilər günü elan edilmişdir. 
Fərman imzalanandan bu günə qədər artıq 12 ildir ki, həmin tarix Azərbaycanda rəsmi olaraq dövlət səviyyəsində qeyd olunur. Ölkəmizin iqtisadiyyatının inkişafında, xüsusilə də müstəqilliyinin möhkəmləndirilməsində neft sənayesinin mühüm əhəmiyyəti danılmazdır. Hamıya məlumdur ki, neftçilərimizin əməyi həmişə diqqət mərkəzində olmuş və yüksək dövlət qayğısı ilə əhatə edilmişdir.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, bu gün neftçilərimizə göstərilən dövlət qayğısının əyani göstəricilərindən biri də onların pensiya təminatı ilə bağlıdır. Belə ki, bu sahədən pensiyaya çıxanlar digər sahələrin pensiya almaq hüququna malik olan vətəndaşlarından fərqli olaraq bir sıra imtiyazlara malikdirlər. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar bir qayda olaraq başqalarına nisbətən 6 il tez pensiyaya çıxmaq hüququ qazanırlar.
DSMF-dən həmçinin onu da bildirmişlər ki, hazırda Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 347 manat təşkil edir. Statistikaya əsasən demək olar ki, bu günə neft sənayesində çalışmış pensiyaçıların sayı 25 min nəfərdən artıqdır.
Qeyd etmək yerinə düşər ki, ötən illərdə olduğu kimi, 2012-ci ildə də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısı olmuşdur. ARDNŞ fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, eləcə də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında ən böyük xüsusi çəkiyə malikdir. Cari ilin 8 ayı ərzində ARDNŞ tərəfindən neft sahəsində çalışan sığortaolunanlar üzrə Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə 88,3 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.

{nl}

Z.BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında