Bakıda MDB ölkələri və Gürcüstan üzrə birinci mehmanxana investisiya konfransı işə başlamışdır

Sentyabrın 18-də "JW Marriott Absheron Baku" otelində Qonaqpərvərlik üzrə Beynəlxalq Konsaltinq Təşkilatının (HVS) təşkilatçılığı ilə MDB ölkələri və Gürcüstan üzrə birinci mehmanxana investisiya konfransı (İCON-2012) işə başlamışdır.
"HVS Global Hospitality Services - Moscow"nun icraçı direktoru Tatyana Beller tədbirin məqsəd və vəzifələri barədə məlumat vermişdir. Bildirmişdir ki, konfransın məqsədi regionda qonaqpərvərlik sektorunun və investisiya mühitinin inkişafına nail olmaqdır.
İcraçı direktor bildirmişdir ki, Qonaqpərvərlik üzrə Beynəlxalq Konsaltinq Təşkilatı uzun illərdir ki, öz tədqiqat və təhlillərinə əsasən, mehmanxana sektorunun problemlərinin həllinə nail olur, MDB ölkələrinin bu sahədə yüksək nailiyyət qazanmasına yardım edir. 1980-ci ildən fəaliyyət göstərən təşkilatın beynəlxalq şəbəkəsində 32 ofisi mövcuddur. Burada 350-dən artıq peşəkar mütəxəssis çalışır. İCON beynəlxalq investor və operatorları, nüfuzlu regional ekspertləri, eyni zamanda, MDB ölkələrində və Gürcüstanda qonaqpərvərlik sahəsində tanınmış şirkətləri birləşdirir.
Bakıda keçirilən "İCON-2012"də mehmanxana sektorunun dünyada tanınmış ən nüfuzlu nümayəndələri təmsil olunurlar. Mütəxəssislərin fikrincə, İCON konfransı HVS tərəfindən təklif edilən etibarlı platforma, gələcək meyllər və təcrübələr yolunda mühüm addımdır.
"Carlson Rezidor Hotel Group"un inkişaf üzrə direktoru Punit Çatval müvafiq ölkələr üzrə mehmanxana tendensiyaları və perspektivləri haqqında geniş məlumat vermişdir.
Konfransın liderlər panelində "HVS Global Hospitality Services - Moscow"nun icraçı direktoru Tatyana Beller, "Carlson Rezidor Hotel Group"un inkişaf üzrə direktoru Punit Çatval, "ACCOR Russia -CİS" qrupunun əməliyyat direktoru Aleksis Delarof və "Hilton Worldwide" şəbəkəsinin Türkiyə, Rusiya və Şərqi Avropa üzrə vitse-prezidenti Mayk Kolini müzakirələr aparmışlar.
"Qonaqpərvərlik təhsili: qlobal tələbata qarşı yerli təchizat" mövzusunda məruzə edən Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov bildirmişdir ki, belə bir konfransın Bakıda təşkili bir daha paytaxtımızın turizm sahəsində mərkəzi yer tutduğunun göstəricilərindən biridir. O, son illərdə Azərbaycanda yüksək standartlara cavab verən mehmanxanaların sayının artdığını, dünyada ən nüfuzlu şəbəkəsi olan brendlərin ölkəmizdə otellər açdığını vurğulamışdır.
Rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında məlumat verən rektor C.Cəfərov ölkəmizdə turizmin müxtəlif sahələri üzrə mütəxəssislərin yetişdirilməsinə diqqət yetirildiyini vurğulamışdır. İnstitutun beynəlxalq əlaqələrinin genişləndiyini qeyd edən natiq tələbələrin Yunanıstan, Türkiyə, İsrail, Şimali Kipr, Qazaxıstan, Ukrayna, Rusiya və digər yerlərdə təcrübə keçdiklərini diqqətə çatdırmışdır.
Konfransda, həmçinin "Luxure" seqmentində layihələr: "Nə qədər kifayətdir", "Regionda "qaynar nöqtələrin" inkişafı", "Mehmanxanaların hüquqi aspektləri - sahibkar münasibətləri", "Turizmin inkişafına dövlət dəstəyi" mövzularında panel iclasları keçirilmişdir.
Sentyabrın 19-da konfrans işini davam etdirəcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında