İslam İnkişaf Bankının prezidenti Azərbaycan ilə qurumun üzvü olan ölkələr arasında əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edir

İslam İnkişaf Bankının (İİB) prezidenti Əhməd Məhəmməd Əli İİB-in Müdirlər Şurasının 35-ci illik toplantısında iştirak etmək məqsədi ilə iyunun 19-da Azərbaycana səfərə gəlmişdir.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qonağı iqtisadi inkişaf naziri Şahin Mustafayev qarşılamışdır.
Hava limanında jurnalistlərə müsahibəsində Əhməd Məhəmməd Əli Bakıda keçiriləcək İİB-in 35-ci illik toplantısının Azərbaycan ilə bankın üzvü olan ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacağına ümid etdiyini söyləmişdir.
Ə.M.Əli demişdir: Biz ümid edirik ki, İslam İnkişaf Bankı (İİB) Müdirlər Şurasının Bakıda keçiriləcək 35-ci illik toplantısı Azərbaycan ilə İİB-in üzvü olan digər ölkələr arasında əməkdaşlığı daha da inkişaf etdirəcək və yeni nailiyyətlərin qazanılmasına səbəb olacaqdır.
İİB-in prezidenti Azərbaycanın bütün maliyyə strukturları, o cümlədən özəl sektor ilə əməkdaşlığın genişlənməsini arzuladığını söyləmişdir. O demişdir ki, biz Azərbaycanda mövcud digər maliyyə qurumları, özəl sektor nümayəndələrinin də İslam İnkişaf Bankı qrupu ilə əməkdaşlığının daha da genişlənməsini arzulayırıq.
Qonaq Azərbaycanda mövcud əlverişli iqtisadi mühitin xarici sərmayədarlar üçün cəlbedici olduğunu söyləmişdir. O demişdir: "Azərbaycanda bu gün çox yüksək iqtisadi inkişaf tempi vardır. Bu amil ölkənizi xarici investorlar üçün cəlbedici edir. Biz Bakıda keçiriləcək illik toplantıdan istifadə edərək, İİB-ə üzv ölkələrdən sərmayədarları Azərbaycana cəlb etməyə çalışacağıq."
İİB-in illik toplantısının Bakıda keçirilməsinə imkan yaratdığı üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirən Əhməd Məhəmməd Əli bankın üzvü olan 56 ölkədən nümayəndələrin Azərbaycan paytaxtına gəlməsindən məmnun olduğunu söyləmişdir.
Onun sözlərinə görə, toplantı zamanı müəyyən siyasi qərarların, eyni zamanda, bankın fəaliyyətinin qiymətləndirilməsi, islam bankçılığının perspektivlərinin müzakirəsi də nəzərdə tutulmuşdur. Tədbir çərçivəsində İİB-in bir sıra qurumları - Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası, İnkişaf naminə İslam Həmrəylik Fondunun illik iclasları, həmçinin müxtəlif görüşlər, seminar və forumlar da keçiriləcəkdir.
İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci illik toplantısında 850-dən çox qonağın iştirakı və tədbir çərçivəsində 30-a yaxın iclasın keçiriləcəyi gözlənilir. Toplantı çərçivəsində İslam İnkişaf Bankının 35-ci illik hesabatının müzakirə edilməsi, Nigeriya Federativ Respublikasının İslam İnkişaf Bankının əsas kapitalındakı iştirak payını artırmaq üçün müraciəti, 2010-cu ildə bankın xalis gəlirindən Texniki Yardım Qrant Əməliyyatlarına və Təqaüd Proqramına vəsaitin ayrılması, İslam İnkişaf Bankının Müdirlər Şurasının 39-cu illik toplantısının Tacikistan Respublikasında keçirilməsi ilə bağlı bu ölkənin təklifi, Bankın Müdirlər Şurasının 36-cı illik toplantısının tarixi və yeri kimi məsələlərin müzakirə olunması nəzərdə tutulur. Müdirlər Şurasının illik toplantısı zamanı bankın üzvü olan ölkələr üçün yeni layihələr təsdiq olunacaq, bir sıra kredit sazişləri imzalanacaqdır.
Müdirlər Şurasının illik toplantısı çərçivəsində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının, Azərbaycan İnvestisiya Şirkətinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan və MDB ölkələrinin biznes imkanlarına dair investisiya konfransı keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycanın və bəzi MDB ölkələrinin biznes mühiti və investisiya imkanları barədə iştirakçılara geniş məlumat veriləcəkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında