Azərbaycan və Niderland arasında dörd sənəd imzalanmışdır

Sentyabrın 13-də Bakıda keçirilən Azərbaycan-Niderland biznes forumu çərçivəsində tərəflər arasında 4 sənəd imzalanmışdır. 
Biznes forumda Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında "Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş" layihəsinə dair bəyanat imzalanmışdır. Sənədi iqtisadi inkişaf naziri Şahin Mustafayev və Niderland Krallığı Baş nazirinin müavini, iqtisadi məsələlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagen imzalamışlar.
Bundan əlavə, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və Maastrixt İdarəetmə Mərkəzinin rektoru Vim Naude "Biznesin idarə edilməsi təhsili sahəsində", Azərbaycan Dövlət Aqrar Universiteti və süd məhsullarının emalı üzrə "Friesian" konsaltinq şirkəti arasında "Biznesin idarə olunması üzrə magistr kurslarının və eksperimental fermaların inkişaf etdirilməsi üzrə" anlaşma memorandumları, eləcə də "ADEC" və "UN Studios" şirkətləri arasında "Bakı Ağ Şəhər" layihəsi çərçivəsində əməkdaşlıq barədə sənədlər imzalanmışdır.
İqtisadi inkişaf naziri Şahin Mustafayev demişdir ki, ölkəmiz Niderland ilə münasibətlərə mühüm əhəmiyyət verir, Azərbaycan-Niderland biznes forumu ölkələrimiz arasında əməkdaşlığın inkişafına növbəti töhfəsini verəcəkdir. Niderlandlı sahibkarlar Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə böyük maraq göstərirlər. İki ölkənin səyi ilə möhkəm hüquqi baza yaradılmışdır və biz onu gələcəkdə də inkişaf etdirməyə hazırıq.
Niderland Krallığı Baş nazirinin müavini, iqtisadi məsələlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagen yeni sənədlərin imzalanmasının ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə təkan verəcəyini vurğulamışdır.
Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev bildirmişdir ki, bu memorandumun şərtlərinə görə, iki ölkə arasında tələbə mübadiləsi aparılacaq və diplomlar qarşılıqlı tanınacaqdır.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında