Bakıda Azərbaycan-Niderland biznes forumu keçirilmişdir

Niderland Krallığı Baş nazirinin müavini, iqtisadi məsələlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagenin ölkəmizə səfəri çərçivəsində sentyabrın 13-də Bakıda Azərbaycan-Niderland biznes forumu keçirilmişdir. 
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə neft, qaz, enerji sənayesinə xidmətlər, memarlıq və şəhərlərin infrastruktur layihələri, su təchizatı və yeraltı infrastruktur, tikinti və mühəndislik, logistika, İKT, südçülük təsərrüfatlarına xidmət, optik alətlərin təchizatı, müəssisələrdə təhlükəsizlik və nəzarət sistemlərinin qurulması, tullantıların idarə olunması və digər sektorların təmsilçiləri olan iş adamları iştirak etmişlər.
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ölkəmizin Avropa İttifaqı ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, bu istiqamətdə "Yeni Qonşuluq", "Şərq Tərəfdaşlığı" proqramlarının uğurla həyata keçirildiyini, respublikamızın Cənubi Qafqazda Avropanın əsas ticarət tərəfdaşı olduğunu və enerji təhlükəsizliyində mühüm rol oynadığını demişdir. Bildirilmişdir ki, Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə əməkdaşlıq dinamik inkişaf edir.
Nazir biznes forumun iş adamları arasında əlaqələrin daha da genişlənməsində, ikitərəfli ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacağını vurğulamışdır.
Niderland Krallığı Baş nazirinin müavini, iqtisadi məsələlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagen Azərbaycana səfərindən və respublikamızın iqtisadi inkişafından məmnunluğunu bildirmiş, ölkələrimizin böyük iqtisadi potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Niderland ilə Azərbaycanın iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd etmişdir.
Tədbirdə hər iki ölkənin iqtisadiyyatı, biznes və investisiya mühiti barədə təqdimatlar keçirilmişdir.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında