"Azərikimya" müəssisələri yenilənir, güclənir

ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin energetikləri "Polimir-120" kompleksində 25 ildən artıq istismarda olmuş 6 kilovoltluq yağ açarını müasir tipli vakuum açarı ilə əvəz etmişlər. Birliyin daxili texniki imkanları hesabına quraşdınrılmış ilk vakuum açarı sistemə qoşularaq sınaqdan çıxarılmışdır. Etilen-polietilen zavodunun "EP-300" və "Polimir-120" istehsalatlarının yarımstansiyalarında 26 belə açar tətbiq olunacaq. Artıq komplektləşdirilmiş yeni avadanlıq texnoloji proseslərə mane olmadan quraşdırılacaq.
Müəssisələrin elektrik şəbəkəsində əvvəllər istifadə olunan yağ açarları tez-tez sıradan çıxır, boşdayanmalara və məhsul itkisinə səbəb olurdu. Yenilik sayəsində texnoloji avadanlıqların fasiləsiz istismarı təmin olunacaq.
* * *
İstehsalat birliyinin Mexaniki Təmir Zavodunda ilk dəfə olaraq kompyuter sistemi ilə idarə olunan "Laqun" markalı çoxtərtibli emal dəzgahı quraşdırılmışdır. Kiçik və iriqabaritli metal hissələrin mexaniki emalı sahəsində yeni nəsil nümunəsi olan, mövcud dəzgahlardan fərqli, əməliyyatları üç koordinat üzrə apara bilən "Laqun" həm də bir neçə funksiyalıdır. Bu dəzgah yonma, frezləmə və deşmə əməliyyatlarını mikron dəqiqliyi ilə yerinə yetirir, bu zaman yüksək təmizliyə nail olur və eyni zamanda, vaxta da qənaət edilir. Əvvəllər üç əməliyyat ayrı-ayrı dəzgahlarda yerinə yetirilir, çoxlu vaxt və qüvvə itkisinə səbəb olurdu.
Dəzgahın xüsusi temperatur rejimi tələb etməsi, qapalı şəraitdə daha dəqiq və səmərəli işləməsi nəzərə alınaraq ondan ötrü ayrıca otaq inşa edilmişdir. "Laqun"un ən mühüm texniki xüsusiyyətlərindən biri də onun yalnız düzbucaqlı deyil, həm də yumru-oval səthlərə malik detallarda emal işlərini eyni dərəcədə keyfiyyətlə yerinə yetirməsidir.
Artıq çoxfunksiyalı yeni dəzgahda Etilen-Polietilen zavodunun ilk sifarişi yüksək keyfiyyətlə və vaxtından əvvəl yerinə yetirilmişdir.
* * *
"Azərikimya" təmirçiləri "EP-300" Kompleksinin 1250 metr uzunluğunda iri həcmli boru xəttinin çəkilişini vaxtından əvvəl başa çatdırmışlar. Piroliz şöbəsindən məişət-istehsalat sularının təmizləmə sexinə nəql olunduğu boru xətti demontaj edilərək əvəzlənmişdir. Uzun illər istismar olunduğundan köhnə boruda vaxtaşırı tutulmalar olur, tullantıların təmizləməyə ötürülməsində maneələr yaranırdı. İndi isə zavodun dövri sularla müntəzəm və tam təmin olunması təmin edilmişdir.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında