Əmanətlərin sigortalanması sisteminin təkmilləşdirilməsinə həsr olunmus beynəlxalq seminar

Dünən "Jumeirah Bilgah Beach Hotel"də "Avrasiya Regional Komitəsi ölkələrində əmanətlərin sığortalanması sistemlərinin əsas prinsiplərə uyğunluğunun qiymətləndirilməsi" mövzusunda beynəlxalq mətbuat konfransı keçirildi. Tədbirdə İsveçrə, Rusiya, Amerika Birləşmiş Ştatları, Xorvatiya, Qazaxıstan, Ukrayna, Belarus, Qırğızıstan, Tacikistan, Malayziya və s. ölkələrdə əmanətlərin sığortalanması sahəsindəki mövcud vəziyyət haqqında ətraflı məlumat verildi.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirdi ki, seminarın əsas məqsədi əmanətlərin sığortalanması sahəsində mövcud qanunvericiliklərlə tanış olmaq, bu sahədə qabaqcıl təcrübədən faydalanmaq, eləcə də nöqsanların aradan qaldırılması üçün birgə yollar axtarmaqdır. Mərkəzi Bazeldə yerləşən Dünya Sığortaçılar İttifaqınin 18 əsas prinsipi var və bütün dünya ölkələri öz qanunvericiliklərini həmin prinsiplərə uyğunlaşdırmağı qarşılarına məqsəd qoyublar.
IADI-nın baş katibi Karlos Isoard rəhbərlik etdiyi qurumun iştirakı ilə müxtəlif ölkələrdə əmanətlərin sığortalanması təşkilatlarının inkişafına dəstək təcrübəsi haqqında məlumat verdi. Federal Əmanətlərin Sığortalanması Korporasiyası Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Vijay Deşpande Albaniya, Nigeriya və Kolumbiyada keçirilmiş seminarlardan, həmin tədbirlərdə ortaya çıxan problemlərdən ətraflı bəhs etdi. Qeyd olundu ki, informasiyanın qarşılıqlı mübadiləsi, mövcud nöqsanların aradan qaldırılmasında birlikdə atılan addımlar müsbət nəticələr verməkdədir.
2010-cu ildə dünyanın bank sistemində yaşanan böhran vəziyyəti bir daha əmanətlərin sığortalanmasını gündəmə gətirdi. Əmanətçilərin bu sahədəki bilgilərinin artırılması bu gün qarşımızda duran əsas vəzifələrdəndir.
Qazaxıstan Əmanətlərin Sığortalanması Fondunun sədri Bakhyt Mazhenova çıxışında ötən ay Azərbaycanda baş vermiş sığorta hadisəsinə toxunaraq həmkarlarını qısa müddətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərinə görə təbrik etdi, tədbirin yüksək səviyyədə təşkilindən məmnunluğunu bildirdi.
Digər çıxış edənlər də müzakirə olunan məsələlərə münasibət bildirdilər. İki gün davam edəcək seminara avqustun 28-də yekun vurulacaq.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında