BP şirkəti 20 milyard dollar ödəyəcək

BP şirkəti Meksika körfəzində neft sızmasından zərər çəkənlər üçün maddi yardım fondunun yaradılmasına razılıq verib.
Neft şirkətinin rəhbərliyi ilə görüşdən sonra ABŞ Prezidenti Barak Obama iyunun 16-da bəyan edib ki, fondun vəsaiti 20 milyard dollar təşkil edəcək. Əldə olunmuş razılığa görə, bu vəsait Florida, Alabama, Missisipi, Luiziana və Texas ştatlarının sakinlərinə kompensasiya şəklində ödəniləcək.
Vəsaitin paylanmasına ABŞ-ın tanınmış hüquqşünası Kennet Faynberq rəhbərlik edəcək. O, müxtəlif dövrlərdə iri şirkətlərin rəhbərlərinə bonusların ödənilməsinə, eləcə də 11 sentyabr terror aktının qurbanlarına kompensasiya ödənilməsinə cavabdeh olub.
Fondun yaradılması barədə danışarkən B.Obama qeyd edib ki, söhbət yalnız ilkin məbləğdən gedir və bu vəsaitin gələcəkdə artırılması istisna edilmir. Fondun formalaşdırılması 4 il çəkəcək - hər il BP 5 milyard dollar məbləğində kompensasiya ayıracaq.
Bundan başqa BP-nin şəxsi təşəbbüsünə görə 100 milyon dollar məbləğində daha bir fond yaradılacaq. Həmin fondun pulları ABŞ dərin sularda qazmaya moratorium qoyduqdan sonra netfçıxarma sahəsində işsiz qalanlara veriləcək.
Xatırladaq ki, 2010-cu il aprelin sonlarında BP-yə məxsus olan "Deepwater Horizon" platformasında qəza baş verdiyindən, şirkətin mütəxəssisləri və ABŞ-ın qəza xidmətləri Meksika körfəzindəki neft sızmasının qarşısını ala bilmirlər. BP-nin əl atdığı tədbirlər nəticə vermədiyindən, hər gün sulara on minlərlə barel neft axır. Meksika körfəzindəki bu xoşagəlməz hadisə ABŞ tarixində ən iri ekoloji fəlakət və prezident Obama administrasiyasının ən çətin vəzifəsi adlandırılır.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında