Dünyada metanol zavodlarının sayı artmaqdadır

Dünya iqtisadiyyatının metanola - bir çox alimlərin müasir dünyada hakim yanacaq növlərinə alternativ kimi gördükləri belə məhsula olan tələbatı ildən-ilə artır. Metanol rəngsiz maye olub etil spirtinə xas yüngül iyə malikdir. Metanolu müxtəlif üsullarla əldə etmək mümkün olsa da, o, əsasən təbii qazdan hasil olunur. 
Metanol ekoloji cəhətdən təmiz yanacaq hesab edilir. Onu daşımaq asandır və o, ənənəvi benzindən daha az alışqandır. Metanoldan əldə olunan DME, M15 və M85 kimi müxtəlif növ nəqliyyat yanacağı planetimizin ekologiyası üçün zərərli olan zəhərli tullantıları xeyli dərəcədə azaltmağa imkan verir. Bundan başqa, metanol zəmanənin texnoloji yeniliyi olan yanacaq elementləri üçün getdikcə daha geniş şəkildə istifadə olunur. Bu gün metanolla işləyən yanacaq elementləri çoxlu sayda portativ və mobil qurğuların elektriklə təmin olunması üçün zərərli tullantılarsız elektrik enerjisinin alınmasına imkan yaradır.
Bu üstünlükləri nəzərə alaraq, dünya iqtisadiyyatının metanola olan tələbatı böyük dinamika ilə artmaqdadır. Hazırda aparıcı qlobal şirkətlər yeni metanol zavodlarının tikintisi üzrə proqramlar həyata keçirirlər. Belə ki, bu yaxınlarda "Sonatrach" və "Total" şirkətləri xəbər veriblər ki, 5 milyard dollar dəyərində yeni metanol zavodunun inşası haqda müqavilə imzalamağa hazırlaşırlar. Bundan bir qədər əvvəl isə, kimyəvi maddələr istehsalçısı olan "Celanese" korporasiyası bildirmişdir ki, Amerikada olan iri təbii qaz ehtiyatları Texasda yeni metanol istehsalı zavodu inşa etməyə əlverişli şərait yaradır.
İran da müasir dünya iqtisadiyyatının bu tendensiyasından geri qalmayaraq metanol istehsalı üzrə ən iri komplekslərdən birinin tikintisini planlaşdırır. Ötən ay "Mehr News" agentliyinin verdiyi xəbərə görə, dünyanın metanol istehsalı üzrə ən iri və müasir komplekslərindən biri İranın Buşehr vilayətində inşa ediləcək. Bu kompleks gələcəkdə 60 adda yeni neft-kimya və polimer məmulat istehsal etməyə imkan yaradacaqdır.
Bu yaxınlarda bir qrup alman alimi aşkar etmişdir ki, metanol atmosferdə istixana effekti verən karbon qazı tullantılarını azaltmağa kömək etməklə planetin ekologiyasını xilas edə bilər. Qeyd etmək lazımdır ki, metanol istehsalı zamanı atmosferə zərərli tullantılar atılmadığına görə neft-kimya sənayesində ekoloji nöqteyi-nəzərdən ən təmiz sənaye istehsalı hesab olunur.

{nl}

Kamran BƏDƏLOV

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında