Bakıda Nəqliyyat və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Beynəlxalq Birliyi Şurasının iclası

Avqustun 14-də Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında (AHİK) Nəqliyyat və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Beynəlxalq Birliyi Şurasının iclası keçirilmişdir.
Həmkarlar İttifaqı Beynəlxalq Birliyi Şurasının sədri Aleksandr Şurikov Nəqliyyat və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Beynəlxalq Birliyi Şurasının iclasının Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışmışdır. A.Şurikov iştirakçılara Şuranın bu ilin aprelindən avqustuna qədər olan müddətdə fəaliyyəti barədə məlumat vermişdir. O, həmçinin həmkarlar ittifaqı üzvlüyünün motivasiyası məsələləri barədə də danışmışdır.
İclasda Ümumihəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) baş katibinin müavini Valeriy Yuriyevin hesabatı dinlənilmişdir.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev belə əhəmiyyətli bir iclasın Bakıda təşkil edilməsinə görə Beynəlxalq Birliyin rəhbərliyinə təşəkkürünü bildirmişdir. AHİK-in sədri qeyd etmişdir ki, son illərdə ÜHİK-in və Beynəlxalq Həmkarlar İttifaqları təşkilatlarının xətti ilə səyyar tədbirlərin keçirilməsi ənənəvi hal almışdır. Bu isə həmkarlar ittifaqları arasında konstruktiv, işgüzar münasibətlərin bərqərar olmasına, müsbət iş təcrübəsinin əldə edilməsinə şərait yaradır. Belə tədbirlərin təşkilinin Azərbaycan dövlətinin həmkarlar ittifaqlarına həmişə qarşılıqlı anlaşma və həmrəylik telləri il bağlandığını bir daha nümayiş etdirdiyini bildirən S.Mehbalıyev demişdir ki, AHİK ölkənin əmək qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə real təsir göstərir. Qeyd olunmuşdur ki, bu qurum ölkə parlamenti və hökumətinə iqtisadiyyat, əməyin mühafizəsi, informasiya, idman və turizm məsələlərinə dair qanunlar və normativ aktlar qəbul edilməsinə, onlara əlavələr olunmasına dair təkliflər verir.
İclas iştirakçılarının diqqətinə çatdırılmışdır ki, 2012-ci il iyunun 29-da Prezident İlham Əliyevin sərəncamı ilə "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilmiş və həmin dəyişikliyə uyğun olaraq mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə və təşkilatların rəhbərlərinin 4 iş günü ərzində AHİK-in hesabına üzvlük haqlarının ödənilməsini təmin etmələri öz əksini tapmışdır. Prezident İlham Əliyev tərəfindən daim göstərilən dəstək və diqqətdən danışan S.Mehbalıyev AHİK-in dövlətimizin başçısının Azərbaycanın iqtisadi, siyasi və sosial modernləşməsinə yönələn strateji kursunu daim dəstəklədiyini bildirmişdir.
Qeyd edilmişdir ki, bu gün xalqın həyat səviyyəsinin yüksəldilməsi naminə mübarizə, əhalinin məşğulluq problemləri, işçilərin hüquqlarının qorunması və əməyin mühafizəsinin təşkili, həmkarlar ittifaqı üzvlərinin sayının artırılması, onların təşkilati birliyinin möhkəmləndirilməsi AHİK-in xüsusi diqqət mərkəzindədir. Bu isə müxtəlif formalarda, Beynəlxalq Əmək Təşkilatının nəzərdə tutduğu hüquq normalarına əsaslanaraq ölkənin iqtisadi xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.
İclasda çıxış edən Ukrayna, Özbəkistan, Litva, Belarus, Gürcüstan, Tacikistan və Qırğızıstan nümayəndələri də Nəqliyyat və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Beynəlxalq Birliyi Şurasının iclasında səsləndirilən problemlərin həlli istiqamətində görülən işlərdən danışmışlar.
İclasda Həmkarlar İttifaqı Beynəlxalq Birliyinin 20 illik fəaliyyətinin yekunları müzakirə edilmiş, ÜHİK-in qurultayına nümayəndələr seçilmiş, Beynəlxalq Birliyin 2013-cü il üçün gəlir və xərclərinin smetası təsdiq edilmiş və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında