Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İqtisadiyyat Nazirlərinin 2-ci görüşü keçirilmişdir

Avqustun 14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 2-ci görüşü keçirilmişdir. Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın iqtisadiyyat nazirləri, qurumun baş katibi Halil Akınçı, həmçinin üzv ölkələrin dövlət qurumlarının və özəl sektorun 100-ə yaxın nümayəndəsi iştirak etmişdir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev türk dünyasını ortaq tarixin və mədəniyyətin birləşdirdiyini vurğulamış, tədbirin Azərbaycanda keçirilməsinin təqdirəlayiq hal olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, ölkəmizdə türkdilli dövlətlərlə siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsinə çox böyük önəm verilir və Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitlərində bunu dəfələrlə bəyan etmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində də təşkilata üzv ölkələr uğurla əməkdaşlıq edir, bir-birinə dəstək olurlar. İqtisadiyyat nazirlərinin 2-ci görüşünün Bişkekdə keçiriləcək növbəti Zirvə Toplantısına hazırlıq məqsədi ilə təşkil edildiyini qeyd edən nazir Şahin Mustafayev Bakı görüşünün təşkilatın inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirmişdir.
Nazir Şahin Mustafayev dünya iqtisadiyyatında böhran yaşanmasına baxmayaraq, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrində sabit iqtisadi artımın müşahidə olunduğunu və bu ölkələrin toplam ÜDM-nin 1 trilyon dolları ötdüyünü qeyd etmişdir. Bu iqtisadi uğurlara Azərbaycanın da əhəmiyyətli töhfə verdiyini diqqətə çatdıran Şahin Mustafayev ölkəmizin iqtisadiyyatı barədə də ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan transmilli layihələr regionun, o cümlədən türkdilli ölkələrin iqtisadi inkişafına töhfəsini verməkdədir. Qazaxıstandan və Azərbaycandan enerji daşıyıcıları Türkiyəyə, oradan da dünya bazarlarına çıxarılır. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində qədim İpək yolunun mühüm hissəsi bərpa olunacaqdır. Türkiyə ilə Azərbaycan arasında Transanadolu Qaz Boru Kəmərinin inşasına dair imzalanmış saziş xüsusi qeyd edilməlidir. Bu layihənin həyata keçməsi nəticəsində Xəzər dənizi ilə Aralıq dənizi arasında yeni enerji dəhlizi açılacaqdır. Azərbaycanda yeni Beynəlxalq Dəniz Ticarət Limanının və gəmiqayırma zavodunun tikintisi regionumuzun ixrac potensialının artmasına böyük töhfə verəcəkdir. Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələri ilə ticarət dövriyyəsi 55, 5 faiz, 2012-ci ilin 6 ayında isə 35 faiz artmışdır.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Halil Akınçı, Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan, Qazaxıstanın iqtisadi inkişaf və ticarət naziri Bakitjan Saqintayev və Qırğızıstanın iqtisadiyyat və antiinhisar siyasəti naziri Temir Sariyev təşkilat çərçivəsində əməkdaşlığa böyük önəm verdiklərini vurğulamışlar.
Sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işçi qruplarının iclaslarının yekunlarına dair müvafiq təqdimatlar olmuş, Bişkekdə keçiriləcək Zirvə Görüşünə hazırlıq məsələləri müzakirə edilmişdir.
Sonda təşkilat çərçivəsində iqtisadi əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi ilə yekun sənəd qəbul olunmuşdur.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında