Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlıq əlaqələri uğurla inkişaf edir

Avqustun 7-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Dünya Bankının Cənubi Qafqaz üzrə yeni təyin olunmuş regional direktoru Henri Keralinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycandakı sosial-iqtisadi inkişaf, ölkənin davamlı iqtisadi artımı və şaxələndirilməsi, Dünya Bankı tərəfindən ölkəmizdə maliyyələşdirilən, o cümlədən kənd təsərrüfatı, səhiyyə, infrastruktur və digər sahələri əhatə edən layihələrin hazırkı icra vəziyyəti və ölkə üzrə iqtisadi inkişaf strategiyasının müxtəlif istiqamətləri müzakirə olunmuşdur.
Görüşdə tərəflər arasında əməkdaşlığın yaxşı səviyyədə olduğu vurğulanmış, Azərbaycanda son illər əldə edilən uğurlar və gələcəkdə görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında