Mərkəzi Bank bankların kapitalına tələbləri artırmışdır

Azərbaycan Mərkəzi Bankı bank sektorunun maliyyə sabitliyi və dayanıqlıq potensialının daha da gücləndirilməsi, korporativ idarəetmə sisteminin inkişafı, əmanətçilər və investorların maraqlarının qorunmasına yönəldilmiş strategiya çərçivəsində qabaqcıl beynəlxalq təcrübə əsasında bankların kapitalına kəmiyyət və keyfiyyət tələblərini davamlı olaraq artırmışdır. 
Mərkəzi Bankdan AzərTAc-a bildirmişlər ki, nəticədə bankların kapitalizasiyası yeni keyfiyyət səviyyəsinə yüksəlmişdir ki, bunun da nəticəsində bank sektorunun səmərəliliyi artmış, maliyyə dayanıqlığı göstəriciləri yaxşılaşmışdır. Formalaşmış əhəmiyyətli kapital bazası bank sektoruna 2008-ci ildə başlanmış qlobal maliyyə böhranını hazırlıqlı və möhkəm sabitlik yastığı ilə qarşılamağa imkan vermişdir.
Hazırda Azərbaycanın bank sistemi inkişafının yeni mərhələsinə daxil olur. Bu mərhələdə maliyyə vasitəçiliyinin genişləndirilməsi, qlobal maliyyə bazarlarına inteqrasiya və bank xidmətlərinin yeni keyfiyyətini təmin etmək üçün bankların kapitalizasiyasının davam etdirilməsi zəruridir. Bankların kapital bazasının gücləndirilməsi banklara olan etimadın daha da artırılması və onların beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bu, iqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxış imkanlarının artırılmasına, bank xidmətlərinin çeşidinin genişlənməsinə və dəyərinin ucuzlaşmasına dəstək verəcək, maliyyə bazarlarının, xüsusən də banklararası bazarın inkişafına müsbət təsir göstərəcəkdir. Bütün bunlar növbəti dekadada iqtisadiyyatın ikiqat artımı və şaxələndirilməsi hədəflərinə adekvat olaraq bank sisteminin maliyyə dərinliyinin yüksəldilməsinə gətirib çıxaracaqdır.
Bununla əlaqədar, Mərkəzi Bankın idarə heyətinin 2012-ci il 25 iyul tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı 50 milyon manatadək artırılmışdır.
Məcmu kapitalın minimum miqdarı üzrə yeni normativ 2014-cü il yanvarın 1-dən qüvvəyə minir. Keçid müddəti banklara yeni kapital tələbinə uyğunlaşdırma strategiyalarının realizasiyası üçün kifayət qədər vaxt verir və kapitallaşmanın tədricən həyata keçirilməsinə imkan yaradır. Aparılan təhlillər göstərir ki, bank sektorunun yeni kapital tələblərinə uyğunlaşma potensialı yüksəkdir.
Yeni kapital tələblərinin tətbiqi Azərbaycan banklarının kapital mövqeyinin möhkəmləndirilməsi ilə yanaşı, kapitalın keyfiyyətinin və maliyyə vasitəçiliyi səmərəliliyinin artırılması, bank sisteminin dayanıqlılığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi ilə nəticələnəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında