Vergilər Nazirliyi əmək münasibətlərinə vergi nəzarətinin təşkili sahəsində kompleks tədbirlərə başlayıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi islahatlar nəticəsində ölkə ərazisində sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması, həmçinin əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində uğurlu nəticələr əldə edilmişdir. 
Lakin əhalinin həyat səviyyəsinin, eləcə də gəlirlərinin yüksəlməsinə baxmayaraq, bir sıra hallarda vergi ödəyiciləri və ya işəgötürənlər qanunla müəyyən edilmiş vergi və ödənişlərdən yayınmaq məqsədilə qanunvericiliyin tələblərini pozaraq işçilərlə əmək müqavilələri bağlamır, iş yerləri rəsmiləşdirilmədən onlara müxtəlif işlərin görülməsini həvalə edirlər. Bəzi hallarda isə işəgötürənlər işçilərlə əmək müqavilələri əvəzinə mülki-hüquqi xarakterli xidmət müqavilələri bağlayır və ya onlara verilən əmək haqlarının az bir hissəsini sənədləşdirirlər ki, bu da vergi öhdəliklərini və sosial sığorta ayırmalarını minimuma endirir. Nəticədə işçilərin hüquqları tapdalanır, onların gələcək sosial təminatı təhlükə altında qoyulur və gəlir vergisi üzrə vergitutma bazası azalır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 11 iyul 2012-ci il tarixli iclasında iqtisadiyyatın müxtəlif sektorlarında çalışanların bir qisminin qeyri-qanuni işləməsi, yəni maaşların qeyri-leqal şəkildə verilməsi həm vergilərdən yayınmaya, həm də ölkənin bugünki sosial vəziyyətinin real əks etdirilməməsinə səbəb olduğu bildirilmiş və bununla da gəlir vergisi üzrə vergitutma bazasının leqallaşdırılması istiqamətində vergi orqanlarının üzərinə konkret vəzifələr qoyulmuşdur.
Qeyd olunan tapşırıqların icrası, vergidən yayınma hallarının, əlavə vergi potensialının müəyyən edilməsi məqsədilə işçi saylarının və iş yerlərinin düzgün rəsmiləşdirilməsinin təmin olunması məqsədilə vergilər nazirinin 18 iyul 2012-ci il tarixli əmri ilə "İşəgötürənlər tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi hallarının qarşısının alınması istiqamətində görüləcək işlərə dair" Tədbirlər Planı təsdiq olunmuş və bu sahəyə çevik nəzarətin təmin edilməsi üçün Vergilər Nazirliyində Qərargah yaradılmışdır.
Nəzərdə tutulmuş tədbirlər çərçivəsində işçilərlə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələrinin (kontraktının) bağlanılmaması meyarı üzrə riskli vergi ödəyiciləri seçilmiş və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə onlardan birində, "Atlanta" Mənzil-Tikinti Kooperativində müvafiq vergi nəzarəti tədbirləri keçirilmişdir.
Bakı şəhərinın Günəşli qəsəbəsində 2 çoxmərtəbəli yaşayış binası inşa edən "Atlanta" Mənzil-Tikinti Kooperativində keçirilmiş kompleks tədbirlər nəticəsində Vergilər Nazirliyinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq MTK-nın rəhbərliyi tərəfindən 60 nəfər fiziki şəxsin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi, bununla da onların gəlirlərinin gizlədildiyi aşkarlanmışdır. Əmək müqaviləsi bağlanılmayan işçilərdən və MTK-nın rəhbərliyindən alınmış izahatlardan aydın olmuşdur ki, həmin fəhlələrin MTK-da 6-7, hətta 8 aydan çox çalışmasına baxmayaraq, onların heç biri ilə əmək müqavilələri (kontraktları) bağlanılmamış və sənədləşdirmə işləri aparılmamışdır.
Faktla bağlı materiallar Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işinin başlanması üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə təqdim edilmişdir.
Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, işçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcəkdir.

{nl}

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında