Şərur şəhərində yeni ticarət mərkəzi və bazar kompleksi istifadəyə verilmişdir

Açılış mərasimində çıxış edən Ali Məclisin sədri Vasif Talıbov yeni ticarət mərkəzinin və bazar kompleksinin istifadəyə verilməsi münasibətilə istehsalçı və istehlakçıları, bu xidmət sahələrində fəaliyyət göstərənləri təbrik edərək demişdir: Ulu öndərimizin ölkəmizdə həyata keçirdiyi işlərin Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində bütün sahələr inkişaf edir. Həmin sahələrdən biri də əhaliyə göstərilən ticarət xidmətidir. Bazar və ticarət mərkəzləri o yerlərdəndir ki, ondan həm istehsalçılar, istehlakçılar, həm də ölkəmizə gələn qonaqlar istifadə edirlər. Belə xidmət sahələri xarici qonaqlarda ölkəmiz haqqında rəy formalaşdırır. Ona görə də ölkənin mədəni xidmət göstəricisinə daxil olan ticarət mərkəzləri, bazarlar daim səliqə-sahmanlı olmalı, xidmət yüksək səviyyədə təşkil edilməlidir. Bu məqsədlə muxtar respublikamızda tədbirlər həyata keçirilir, rayon və şəhərlərdə ticarət mərkəzləri, bazarlar tikilib əhalinin istifadəsinə verilir. Belə xidmət obyektləri istehsalçı və istehlakçının rahatlığı ilə bərabər, eyni zamanda yeni iş yerlərinin də açılması deməkdir. İstifadəyə verilən bu xidmət obyektlərində yüzlərlə iş yerləri açılacaqdır. Onlar hər cür şəraiti olan bir yerdə fəaliyyət göstərəcək, öz imkanlarını artıracaq, əhaliyə xidmət edəcəklər. Yaradılmış şəraitin müqabilində rayon icra hakimiyyətindən tələbimiz ondan ibarətdir ki, ticarətin müasir standartlara uyğun təşkilini nəzarətdə saxlasın, burada fəaliyyət göstərənlər isə sanitariya-gigiyena qaydalarına riayət etsinlər. İcarə və bazar qiymətlərində də ədalət prinsipi gözlənilməli və insanlara nümunəvi xidmət göstərilməlidir.
Açılışı bildirən lent kəsildikdən sonra yeni ticarət kompleksinə baxış olmuşdur.
14 min kvadratmetr ümumi sahəsi olan ticarət mərkəzində kənd təsərrüfatı, sənaye və ərzaq məhsullarının satışı üçün mağazalar yüksək zövqlə inşa edilmişdir.
Ət və balıq məhsullarının saxlanılması üçün zirzəmidə 8 anbar hazırlanmış, soyuducu və dondurma kameraları qurulmuşdur. Binanın əsas hissəsində 4 yerdə ət dükanı, 2 yerdə toyuq əti, 2 yerdə balıq satışı üçün mağazalar fəaliyyət göstərəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında