Nüfuzlu "Əl-Hasad" jurnalının iyul nömrəsində "Azərbaycan: Şərqin mütərəqqi iqtisadiyyat və dərin demokratiya örnəyi" sərlövhəli məqalə dərc edilmişdir

Azərbaycanın Suriyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Londonda ərəb dilində nəşr olunan, bir çox ərəb ölkəsində də yayımlanan "Əl-Hasad" (Yekun) aylıq iqtisadi-siyasi jurnalının iyul nömrəsində "Azərbaycan: Şərqin mütərəqqi iqtisadiyyat və dərin demokratiya örnəyi" sərlövhəli məqalə dərc edilmişdir. 
Məqalədə bildirilir ki, cari ilin may ayında Azərbaycan xalqı dövlət müstəqilliyinin 94-cü ildönümünü qeyd etmişdir. Dünyada qədimliyi ilə seçilən Azərbaycan xalqı XX əsrin əvvəllərində azadlıq uğrunda mübarizəyə qalxmış məzlum şərq xalqlarının önündə getmişdir.
Müəllif qeyd edir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması ilə müsəlman Şərqində ilk demokratik dövlətin əsası qoyulmuşdur. AXC iki il ömür sürməsinə baxmayaraq, çox böyük uğurlara imza atmışdır. AXC tərəfindən qadınlara ilk dəfə seçki hüququnun verilməsi nəticəsində Azərbaycan dünyada demokratiyanın carçısı olduğunu iddia edən dövlətləri qabaqlamışdır.
Azərbaycanın son 7 ildə əldə etdiyi uğurların hər kəsi heyrətləndirdiyini xüsusi qeyd edən müəllif yazır ki, bu illər ərzində ölkədə ümumi daxili məhsul istehsalı 3 dəfə artmış, işsizlik 5,4 faizə, yoxsulluğun səviyyəsi isə 7,6 faizə düşmüşdür. Azərbaycanın dövlət büdcəsi 25 milyard ABŞ dollarına çatmış, cari ilin birinci rübündə ölkənin strateji valyuta ehtiyatlarının həcmi 43 milyard dolları keçmişdir.
Yazıda bildirilir ki, Azərbaycan dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Bunun üçün 150-dən çox dövlətin dəstəyini qazanmaq Azərbaycanın beynəlxalq müstəvidə malik olduğu mühüm mövqeyin göstəricisidir.
Məqalədə Azərbaycan hökumətinin öz fəaliyyətində xalqın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş ali dövlətçilik ənənələrini rəhbər tutduğu bildirilir, ölkəmiz demokratik prinsip və normalara sadiq dövlət kimi qiymətləndirilir.
Müəllif xüsusi olaraq qeyd etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyanın ən sürətli iqtisadi inkişafa malik dövləti olmaqla yanaşı, həm də xarici siyasətdə fəal oyunçuya çevrilmişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında