Avropa İttifaqı baytarlıq sistemində yeni layihə maliyyələşdirir

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətində Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi "Dövlət Baytarlıq Xidmətinə heyvanların identifikasiyası və təsərrüfatların qeydiyyatı milli sisteminin hazırlanmasına dəstək" tvinninq layihəsinin konsepsiyasının təqdimatı olmuşdur. Təqdimat mərasimi "Hyatt Regency" mehmanxanasının Quba salonunda keçirilmişdir.
Qeyd etmək lazımdır ki, 21 ay müddətində icra olunmalı layihəyə 2011-ci ilin aprel ayında başlanılmışdır. Layihədə 4 komponent, 26 istiqamət üzrə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Artıq onlardan 22-si Bakı, Gəncə və Naxçıvan şəhərlərində tətbiq olunmuşdur. Layihə ilə əlaqədar ölkənin 12 regionundan 53 baytar həkimi Avropa İttifaqının ərzaq qanunvericiliyi və ərzaq təhlükəsizliyi, Avropa İttifaqına üzv dövlətlərin və Avropaya qonşu ölkələrin struktur və təcrübəsində identifikasiyası və qeydiyyatı sisteminin müəyyənləşdirilməsi və istifadəsi, Avropa İttifaqında heyvan sağlamlığına nəzarət, Avropa İttifaqının üzv dövlətlərində ərzaq təhlükəsizliyi üzrə məsul olan şəxslərin, eləcə də dövlət təşkilatlarının keyfiyyət menecmenti prinsiplərinin əsasları, xidmətin funksiya və ümumi strukturuna dair mövzuları əhatə edən treninqlərdə iştirak etmişlər.
2012-ci ilin dekabr ayında yekunlaşdırılması nəzərdə tutulan layihə çərçivəsində Dövlət Baytarlıq Xidmətinin ekspertləri üçün Avropa İttifaqının üzv dövlətlərinə benefisiar ölkəni (layihəni qəbul edən) təmsil edən işçi qrupunun 5 üzvü timsalında tədris səfərləri təşkil olunmuşdur. Tədris səfəri zamanı İspaniyanın Ətraf Mühit, Kənd Təsərrüfatı və Dəniz Məsələləri üzrə Nazirliyində, habelə identifikasiyası və qeydiyyatı, ərzaq təhlükəsizliyi, heyvan rifahı prosedurlarına dair müxtəlif müəssisə və təşkilatlarında olmuşlar.
Bu layihənin icrası Azərbaycan Respublikasının heyvandarlıq sektorunda müasir idarəetmə sisteminə gətirib çıxaracaq. Yeni sistem beynəlxalq səviyyədə tanınmış standartlara uyğun olan heyvan sağlamlığı, epidemioloji nəzarət, damazlıq proqramları, izləmə konsepsiyasının təqdimatına müsbət təsir göstərməlidir. İdarəetmə sistemi dünyanın bir çox qabaqcıl ölkələrində istifadə olunur. Azərbaycan Respublikasında istifadə olunacaq bu sistem Avropa Birliyi ölkələri ilə bu sahədə bərabər səviyyədə olmağa imkan verəcəkdir.
Tədbirdə çıxış edən Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova bildirmişdir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı, habelə baytarlıq sahəsində də köklü dəyişikliklər və islahatlar həyata keçirilir. Azərbaycanın ərzaq təhlükəsizliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək, ölkədə məhsuldar heyvan cinsi və keyfiyyətli heyvandarlıq məhsullarının istehsal edilməsini stimullaşdırmaq məqsədilə tvinninq layihəsi zəruri sayılmışdır.

{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında