"Azərbaycan ixrac kataloqu-2012" layihəsinin təqdimatı olmuşdur

İyulun 6-da Bakıda Azərbaycan Marketinq Cəmiyyətinin Xarici İşlər Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan ixrac kataloqu-2012" layihəsinin təqdimatı olmuşdur. 
Təqdimatda Azərbaycan Marketinq Cəmiyyəti (AMC) idarə heyətinin sədri Rəhim Hüseynov ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün ixrac kataloqunun nəşrinin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Azərbaycan Marketinq Cəmiyyəti sözügedən layihəni ölkə şirkətlərinin rəqabətqabiliyyətli məhsul və xidmətlərinin dünya bazarlarına çıxarılması, yeni xarici istehlak bazarları və tərəfdaşların tapılması ilə əlaqədar mövcud problemin həlli məqsədilə həyata keçirmişdir. Layihə bir neçə ildir ki, uğurla davam edir. Hazırkı kataloq artıq 4-cü nəşrdir.
Rəhim Hüseynov diqqətə çatdırmışdır ki, bu ilki kataloq çap formatında 3 min nüsxə ilə ingilis dilində, disk formatında isə 5 dildə (ingilis, alman, ispan, rus və ərəb) hazırlanmışdır. Kataloq xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının, beynəlxalq qurumların ölkəmizdəki nümayəndəliklərinin, ictimai və dövlət təşkilatlarının vasitəsilə yayılacaq, yerli və beynəlxalq sərgi və konfranslarda təqdim olunacaqdır. Kataloqda qeyri-neft sektoru, əsasən qida sənayesi, istehsal, xidmət, turizm, tikinti və digər sahələr üzrə fəaliyyət göstərən şirkətlər əks olunmuşdur.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov çıxış edərək dövlət və qeyri-hökumət təşkilatları arasında olan uğurlu münasibətlərdən, Azərbaycan iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun sürətli inkişafından danışmış, AMC-nin fəaliyyətini, habelə kataloqun nəşrini ölkəmizin ixracat potensialının artırılması istiqamətində çox səmərəli bir addım kimi qiymətləndirmişdir.
Tahir Süleymanov vurğulamışdır ki, indiyədək 2 min 700-dən çox QHT dövlət qeydiyyatından keçmiş və onlar ölkənin müxtəlif sahələrində fəaliyyət göstərirlər.
Prezident Administrasiyasının rəsmisi bildirmişdir ki, Azərbaycan sürətlə inkişaf edir. Hazırda ölkəmizdə ixrac idxalı 2 dəfə üstələyir, ixracda qeyri-neft sektorunun payı durmadan artır. Respublikamız artıq xarici ölkələrə investisiya yatırır.
Kataloqun əhəmiyyətinə toxunan T. Süleymanov bildirmişdir ki, bu nəşr Azərbaycan şirkətlərinin xarici tərəfdaşlarla yeni əlaqələr qurması və təqdim etdiyi məhsul və xidmətlərin yeni bazarlar tapması üçün geniş imkanlar yaradacaqdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov və digər çıxış edənlər kataloqun nəşrini ölkəmizin ixracat potensialının artırılması istiqamətində mühüm addım kimi qiymətləndirmişlər.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında