Almaniya bankı ölkəmizin su sektoruna kredit ayırır

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Azərbaycanda səfərdə olan Almaniyanın KfW bankının nümayəndə heyəti ilə görüşmüşdür. 
Səhmdar cəmiyyətin sədri Azərbaycanda həyata keçirilən investisiya proqramlarında Almaniya bankının yaxından iştirakını yüksək qiymətləndirərək "II Açıq Kommunal İnfrastruktur Proqramı" çərçivəsində bankın krediti hesabına maliyyələşdirilən layihələrin - Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının müvəffəqiyyətlə icra olunduğunu bildirmiş və əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini vurğulamışdır.
Nümayəndə heyətinin rəhbəri, Almaniyanın KfW bankının Avropa və Asiya üzrə baş direktoru Uve Ohls isə öz növbəsində "Azərsu" ASC tərəfindən son bir ildə layihələrin daha sürətlə icra olunduğunu bildirmişdir. Gəncə və Şəki şəhərlərində layihələrin ikinci və üçüncü mərhələsinin başa çatdırılması üçün kreditin ilin sonuna qədər ayrılacağını söyləyən bank rəsmisi alman mütəxəssislərin Azərbaycana səfər edəcəyini də diqqətə çatdırmışdır: O bildirmişdir ki, bankın Cənubi Qafqaz üzrə regional ofisinə yeni direktor təyin olunmuş və Azərbaycana səfər etmiş nümayəndə heyətinin tərkibində təmsil olunan Lars Öerman avqust ayından fəaliyyətə başlayacaq.
"Azərsu" ASC-nin sədri Q. Hüseynov istər KfW bankının, istərsə də digər beynəlxalq qurumların krediti hesabına reallaşdırılan layihələrdə ən son texnologiyanın tətbiq olunacağını qonaqların diqqətinə çatdırmışdır.
Xatırladaq ki, Almaniyanın KfW Bankı, İsveçrənin SECO təşkilatı və Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən "II Açıq Kommunal İnfrastruktur Proqramı" çərçivəsində Gəncə və Şəki şəhərlərində aparılan tikinti işlərinə nəzarət və layihənin gələcək mərhələlərinin müzakirəsi məqsədilə Almaniyanın KfW bankının nümayəndə heyəti bu il iyunun 15-dən 22-dək Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin gedişi ilə taniş olmuş, Göygöl-Gəncə magistral su xəttinin inşası, Qızılqaya su mənbəyinin bərpası və su anbarlarının tikintisi üzrə aparılan işlərə və Şəki şəhərində inşası başa çatdırılmış suqəbuledici qurğular kopleksinə baxış keçirmişdir.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında