Azərbaycan nümayəndə heyəti BMT-nin İqtisadi və Sosial Şurasının yüksək səviyyəli toplantısında iştirak edir

İyulun 2-dən Nyu-Yorkda, BMT-nin baş qərargahında qurumun İqtisadi və Sosial Şurasının (ECOSOS) "Minilliyin məqsədlərinə nail olmaq üçün bütün səviyyələrdə əsaslı, dayanıqlı və bərabər iqtisadi inkişaf çərçivəsində kasıbçılığın aradan qaldırılması üçün bacarıqların və faydalı işlərin dəstəklənməsi" mövzusunda yüksək səviyyəli toplantısı işə başlamışdır.

{nl}

İyulun 9-da başa çatacaq toplantının açılışında çıxış edən BMT-nin baş katibi Pan Gi Mun, Baş Məclisin sədri Nasir Əbdüləziz Əl-Nasir və ECOSOS-un prezidenti Miloş Koterets yoxsulluğun aradan qaldırılması ilə bağlı üzv ölkələrin və təşkilatın üzərinə düşən vəzifələrdən, bu istiqamətdə görülən işlərdən danışmışlar.

{nl}

Toplantıda iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Qənirə Paşayeva və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlu təşkilatın bir sıra rəsmi şəxsləri, müxtəlif ölkələrin nümayəndə heyətinin üzvləri ilə görüşlər keçirmiş, Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar vermişlər.

{nl}

Qənirə Paşayeva toplantıda "2015-ci ilə qədər Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün Azərbaycan dövlətinin vətəndaş cəmiyyətləri ilə birgə fəaliyyəti" mövzusunda çıxış etmişdir.
Yüksək səviyyəli toplantı çərçivəsində Beynəlxalq Avrasiya Mətbuat Fondu "Dayanıqlı və əsaslı inkişaf istiqamətində işləyən donor və tərəfdaşların toplantısı" mövzusunda tədbir keçirmişdir. Fondun rəhbəri Umud Rəhimoğlu çıxış etmişdir.

{nl}

Toplantıda BAMF-ın BMT agentlikləri ilə, donor təşkilatlarla, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı sahəsində əldə etdiyi uğurlar barədə iştirakçılara məlumat verilmiş, gələcək vəzifələrin yerinə yetirilməsi yolları müzakirə olunmuşdur.

{nl}

Tədbirdə BAMF tərəfindən "Kooperativ və kommunal kənd təsərrüfatı icmalarına dəstəyin göstərilməsi və güclü kasıbçılığın aradan qaldırılması vasitəsi" mövzusunda təqdimat edilmişdir.
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev, deputat Qənirə Paşayeva, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdir müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının nümayəndəsi Məhəmməd Məhərrəmov, ölkəmizin ABŞ-dakı səfirliyinin əməkdaşları, beynəlxalq təşkilatların təmsilçiləri və başqaları tədbirdə iştirak etmişlər.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında