Su sektorunda sayğaclaşma işləri sürətləndirilir

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi məqsədilə tədbirləri davam etdirir. Satılan suyun uçotunun dəqiq aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması və su itkilərinin qarşısının alınması məqsədilə "smart-kart" tipli elektron sayğaclarının quraşdırılmasına başlanılmışdır.

{nl}

"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, "smart-kart" tipli sayğacların quraşdırılmasına ilkin olaraq Bakı, Abşeron və Sumqayıt sukanal idarələrinin xidmət göstərdiyi ərazilərdə qeyri-əhali qrupu abunəçilərindən başlanmışdır. İlkin mərhələdə paytaxtın Nəsimi, Yasamal, Binəqədi, Nərimanov rayonlarında müxtəlif diametrli su xətlərinə mindən çox bu tipli sayğac quraşdırılmışdır. Növbəti mərhələdə isə sayğaclar əhali qrupu üzrə su sərfiyyatı böyük olan ərazilərdə, xüsusən də həyət evlərində quraşdırılacaq.

{nl}

Türkiyə istehsalı olan həmin sayğacların tətbiqi ilə ödəniş səviyyəsini 100 faizə çatdırmaq mümkün olacaq. İndi istismarda olan mexaniki sayğaclardan fərqli olaraq yeni sayğaclara müdaxilə etmək qeyri-mümkündür və belə hallar baş verərsə su təchizatı avtomatik dayanacaq.

{nl}

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına sayğacların quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur.

{nl}

Qeyri-əhali qrupu abunəçiləri üçün isə sayğacların quraşdırılması "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına həyata keçirilir.

{nl}

Xatırladaq ki, iyunun 20-də Prezident İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı kommunal sektorda "smart-kart" tipli sayğacların quraşdırılmasının uğurlu nəticələr verdiyini xatırladaraq su təchizatı və kanalizasiya sektorunda bu tip sayğacların quraşdırılmasının sürətləndirilməsi barədə tapşırıqlar vermişdir.

{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında