Taner YILDIZ: TANAP layihəsi "Nabucco Qərb" ilə paralel həyata keçiriləcəkdir

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Ankarada keçirdiyi mətbuat konfransında bildirmişdir ki, Trans-Anadolu (TANAP) boru kəməri layihəsi "Nabucco Qərb" ilə paralel həyata keçiriləcəkdir. 
Türkiyəli nazir vurğulamışdır ki, TANAP layihəsi bəzi iddiaların əksinə "Nabucco"nu məhv etməmiş, əksinə ona həyat vermişdir. Türkiyənin TANAP-da payı 20 faizdir və Ankara yaxın gələcəkdə bu rəqəmi artırmağı düşünmür. "Şahdəniz" konsorsiumu Azərbaycan təbii qazının Bolqarıstan sərhədindən Mərkəzi Avropaya nəqli marşrutunu seçdikdən sonra "Nabucco Qərb"də əhəmiyyət qazanmışdır.
T.Yıldız onu da əlavə etmişdir ki, TANAP layihəsi Türkiyə iqtisadiyyatına əlavə gəlir gətirəcəkdir. Təqribən 7 milyard dollar dəyərində olacaq bu boru kəmərinin tikintisində yerli boru istehsalçıları, inşaat firmaları, fəhlələr və mühəndislər iştirak edəcəklər.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında