Metanolun dünya iqtisadiyyatı üçün əhəmiyyəti müzakirə olunmuşdur

Bu yaxınlarda ABŞ-ın Enerji Təhlükəsizliyi Şurası və Metanol İnstitutunun birgə əməkdaşlığı ilə Vaşinqtonda metanol siyasəti üzrə beynəlxalq forum keçirilmişdir. Dünya sənayesi üçün böyük əhəmiyyətə malik olan bu foruma dünyanın bütün bölgələrindən 175-dən artıq iştirakçı, o cümlədən bərpaolunan enerji mənbəyi kimi metanolun dünya iqtisadiyyatı üçün əhəmiyyətini müzakirə edən tanınmış məruzəçilər qatılmışdır.

{nl}

Forumda beynəlxalq energetika sənayesinə dair ən müxtəlif mövzular, o cümlədən bərpaolunan enerji mənbəyi sayılan metanolun hazırda həyata keçirilən qlobal təcrübə proqramlarına daxil edilməsi yollarının işlənib hazırlanması məsələsi müzakirə olunmuşdur.

{nl}

ABŞ-ın Energetika nazirinin Siyasi və beynəlxalq məsələlər üzrə köməkçisi Devid Sandalou forumda çıxış edərək deyib ki, metanol nəqliyyat yanacağı kimi bir çox cəlbedici xüsusiyyətlərə malikdir. Hazırda təbii qazın qiymətlərinin aşağı, neftin qiymətlərinin isə yuxarı olduğu bir dövrdə metanol istehlakçıların yanacaqdoldurma məntəqələrində çəkdikləri yanacaq xərclərini azaltmağa kömək edə bilər. Belə ki, metanolu az qatılıq dərəcələri ilə, yaxud digər üsullardan istifadə edərək maye yanacağa qatmaqla, qlobal miqyasda nefti metanolla əvəz etmək mümkündür. D. Sandalounun sözlərinə görə, ABŞ-ın Energetika Nazirliyi bu sahədə əlavə tədqiqatların aparılmasını planlaşdırır.

{nl}

Metanolun tətbiqi sahəsində aparıcı bölgə olan Çinin Şanksi əyalətinin keçmiş qubernatoru Vanq Maolin öz doğma əyalətində metanolla aparılan təcrübələrdən əldə etdikləri uğurları forum iştirakçıları ilə bölüşərək qeyd edib ki, Çinin adıçəkilən əyalətində benzinin və dizel yanacağının metanolla əvəz olunmasının qarşısında duran əsas texniki əngəllər artıq aradan qaldırılmışdır. Ötən il ərzində Şanksi əyalətində metanol əsaslı benzinin istehsalı 6 milyon tondan çox olub. V. Maolinin dediyinə görə, növbəti bir neçə il ərzində Çinin yollarında çoxyanacaqlı mühərriklərlə təchiz edilmiş yüz minlərlə avtomobil görmək olacaq.

{nl}

Konfrans çərçivəsində ABŞ-ın Enerji Təhlükəsizliyi Şurasının üzvləri ilə keçirilən görüşdə də diqqət rəqabətli nəqliyyat yanacağı bazarının açılmasının vacibliyinə yönəldilib.

{nl}

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Robert MakFarleyn alternativ enerji mənbələrinin əhəmiyyətini vurğulayaraq deyib: "Biz yanacaqdoldurma məntəqələrində rəqabət yaratmalıyıq. Yeganə yanacaq mənbəyindən əl çəkmək üçün indiki kimi əlverişli şərait bundan əvvəl heç vaxt olmayıb".
ABŞ-ın Enerji Təhlükəsizliyi Şurasının üzvləri belə bir yekdil fikirdə olublar ki, nəqliyyat yanacağı bazarına alternativ enerji mənbələri ilə bağlı olan həll yollarının nüfuz etməsi, eləcə də Amerikanın və bütün dünyanın neftdən asılılığını azaltmaq məqsədilə rəqabətin yaradılması olduqca vacibdir.

{nl}

Kamran BƏDƏLOV

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında