Krans Montana Forumu çərçivəsində sessiyalar keçirilmişdir

İyunun 30-da Bakıda Krans Montana Forumunun ikinci iş günü çərçivəsində sessiyalar keçirilmişdir.

{nl}

Televiziya tarixində tanınmış aparıcılardan biri, CNN telekanalında "The Larry King Live" proqramının sabiq müəllifi və aparıcısı Larri Kinqin moderatorluğu, Avropanın Yenidənqurma və İnkişaf Bankının icraçı direktoru Yoahim Şvartserin sədrliyi ilə "Sabahkı dünyanın enerjisi hansıdır?" mövzusunda keçirilmiş sessiyada qloballaşan dünyada bərpaolunan enerjinin artan rolu müzakirə edilmişdir.

{nl}

Y.Şvartser bildirmişdir ki, karbohidrogen ehtiyatları tükənəndir və hazırda bərpaolunan enerji mənbələrinin istehsalını artırmaq lazımdır.

{nl}

Macarıstanın Baş naziri Viktor Orban ölkəsinin neft-qaz ehtiyatları ilə çox da zəngin olmadığını və vaxtilə bu sahədə tələbatlarını keçmiş SSRİ hesabına ödədiklərini bildirmişdir. Macarıstanın da bir çox Avropa ölkələri kimi, neft-qaz ehtiyatlarının şaxələndirilməsinin tərəfdarı olduğunu vurğulayan Baş nazir qeyd etmişdir ki, ölkəsi bu istiqamətdə Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verir.

{nl}

V.Orban demişdir: "Avropa İttifaqı (Aİ) Azərbaycan ilə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Mən bu proqram ilə tam razı olmasam da, təklif edərdim ki, Aİ Azərbaycan üçün xüsusi tərəfdaşlıq planı hazırlasın".

{nl}


Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev mövzunun əhəmiyyətindən danışaraq vurğulamışdır ki, ölkəmiz bərpaolunan enerji mənbələrindən istifadə edilməsində maraqlıdır.

{nl}

Qloballaşan müasir dünyada alternativ və bərpaolunan enerjiyə böyük ehtiyacın olduğunu və bu istiqamətdə dünya ölkələrinin sıx əməkdaşlığının vacibliyini qeyd edən nazir demişdir ki, hazırda karbohidrogen ehtiyatlarının Avropaya nəqlində Azərbaycan körpü rolunu oynayır.

{nl}

"Neft-qaz ehtiyatlarının düzgün şaxələndirilməsi üçün tranzit ölkələrlə yaxşı əməkdaşlıq qurulmalıdır", - deyən N.Əliyev qeyd etmişdir ki, 2035-ci ilədək dünyada elektrik enerjisinə tələbat 50 faiz artacaqdır.

{nl}

İordaniya parlamentinin maliyyə və enerji komitəsinin nümayəndəsi xanım Rim Bardan isə bildirmişdir ki, hazırda ölkəsində elektrik enerjisinə tələbatın 96 faizi bərpaolunan enerji hesabına ödənilir. İordaniyada bu sahənin daha da genişləndirilməsi istiqamətində mühüm işlər aparılır.

{nl}

Böyük Britaniya parlamentinin enerji və iqlim dəyişikliyi komitəsinin nümayəndəsi qeyd etmişdir ki, hazırda dünyada 7 milyard insan yaşayır. 2020-ci ildə isə bu rəqəm 9,5 milyarda çatacaqdır. Beləliklə, planetin əhalisinin artımı enerji təchizatında problemlər yaradacaqdır. Hazırda elə ölkələr var ki, orta səviyyədən on dəfə artıq elektrik enerjisindən istifadə edir.

{nl}

Ölkəsinin bərpaolunan enerji sahəsində təcrübəsindən danışan Gürcüstanın enerji və təbii ehtiyatlar nazirinin müavini Akaki Kvanaliani isə bildirmişdir ki, 2003-cü il inqilabından sonra Gürcüstan bazarlarını xarici ölkələr üçün açmışdır. Hazırda Gürcüstan Avropa ölkələrinin enerji təchizatında tranzit rolunu oynayır. Biz bundan siyasi məqsədlər üçün yox, iqtisadi məqsədlər üçün istifadə edirik.

{nl}

Digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bildirmiş, qloballaşan dünyada bərpa olunan enerji mənbələrinin böyük əhəmiyyətini vurğulamışlar.

{nl}

Qeyd olunmuşdur ki, hazırda 1,3 milyard insan elektrik enerjisindən istifadə edə bilmir. Bütün enerji mənbələri insanlar üçün əlçatan olmalıdır. Bunun üçün isə bütün dövlətlər birgə səylər göstərməlidirlər.

{nl}

Sonda mövzu ilə bağlı suallar cavablandırılmışdır.

{nl}

Əsas məruzəçi qismində çıxış edən Birləşmiş Ərəb Əmirliyinin Füceyra Əmirliyinin şahzadəsi Şeyx Məhəmməd Hamad bin Məhəmməd əl Şərqi isə vurğulamışdır ki, enerji təhlükəsizliyi məsələsi insan təhlükəsizliyinin təminində vacib amillərdən biridir. Enerji təhlükəsizliyi müasir dünyada əsl insan dəyəridir, biz bunu dəstəkləyib inkişaf etdirməliyik.

{nl}

Qloballaşan dünyanın ən mühüm məsələlərindən olan enerji sahəsinin bütün dövlətlər üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya çevrildiyini deyən şahzadə xüsusi qeyd etmişdir ki, alternativ və bərpa olunan enerjinin həcmi də artırılmalıdır.

{nl}

BMT-nin su qıtlığının aradan qaldırılması ilə bağlı Proqramından da danışan şahzadə bildirmişdir ki, su və enerji mənbələri arasında rəqabət olmamalıdır. O, əsasən Afrika və Asiya ölkələrinin su problemi yaşadığını və bütün dünyanın onlara bu məsələdə dəstək olmalarının vacibliyini vurğulamışdır.
* * *
Afrika, Karib və Sakit okean dövlətləri qrupunun baş katibi Məhəmməd İbn Çeymbəsin sədrliyi ilə keçirilmiş "Cənub-Cənub əməkdaşlığı"nın inkişafında Afrikanın rolu" mövzusunda sessiyada Afrika qitəsinin üzləşdiyi problemlərdən danışılmışdır.

{nl}

Nigeriya rəsmisi Amadau Bubakar Sisi vurğulamışdır ki, Cənub əməkdaşlığı Afrika üçün çox böyük əhəmiyyət kəsb edir. Afrikanın mədəni sahədə də inkişafına böyük ehtiyac vardır. Bu qitədə ədalət bərqərar edilməli, texniki inkişafa nail olunmalıdır.

{nl}

Namibiyanın sabiq Baş naziri, ticarət və sənaye naziri Hac Geinqob isə qeyd etmişdir ki, hazırda Afrika çox perspektivli qitə hesab olunur. Qitənin ən azı 15 ölkəsində ümumi daxili məhsulun həcmi son illər çox artmışdır.

{nl}

Madaqaskarın energetika naziri Nestor Razafindroriaka, Qananın ticarət və sənaye naziri Hannah Tetteh, Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin xüsusi nümayəndəsi Xanım İbrahimova, Afrikanın özəl sektorunun nümayəndəsi Kala Mpinqa vurğulamışlar ki, məhz inkişafda olan dövlətlər qarşısında duran yeni çağırışlar özünü büruzə verir. Dünya miqyasında inkişaf bütün planet üçün vacibdir. Çünki bu inkişaf dünya miqyasında olmasa, biz irəliyə doğru gedə bilmərik. Həm texniki, həm maliyyə əməkdaşlığına sərmayələrin artırılmasına xüsusi diqqət yetirilməlidir.

{nl}

Qeyd olunmuşdur ki, bir çox dövlətlər vəsaitlərin çatışmazlığından, diqqətin az olmasından əziyyət çəkirlər. Buna görə, "Cənub-Cənub əməkdaşlığı" xüsusi olaraq Afrika üçün məqsədəuyğundur.

{nl}

Krans Montana Forumunun təsisçisi və prezidenti, səfir Jan Pol Karteronun sədrliyi ilə "Cənubi Sudan: Dünya və Afrika üçün yeni əsas oyunçu" mövzusunda keçirilmiş sessiyada Cənub Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə naziri Nial Denq Nialın məruzəsi dinlənilmişdir.

{nl}

Nazir vurğulamışdır ki, keçən ilin iyulunda yaradılmış Cənubi Sudanın dəstəyə böyük ehtiyacı vardır. Bu dövlətin böyük potensialı vardır, amma hələ ki, ondan istifadə etməyə şəraiti yoxdur. Cənubi Sudanın xarici sərmayəçilərə böyük ehtiyacı vardır.

{nl}

N.Denq Nial ölkəsinin tarixi, iqtisadiyyatı, sənayesi, strategiyası, mövcud problemləri barədə ətraflı məlumat vermişdir.

{nl}

Azərbaycan hökumətinə Krans Montana Forumu çərçivəsində Cənubi Sudana dair sessiyanı təşkil etdiyinə görə təşəkkürünü bildirən nazir Azərbaycanın tezliklə Cənubi Sudanda nümayəndəliyini açacağına inandığını demişdir.

{nl}

"Rio+20 sammitinin nəticələri" devizi altında keçirilən sessiyada çıxış edən Beynəlxalq Davamlı Enerji Təşkilatının sədri Qustav Qrob mövzunun əhəmiyyəti barədə ətraflı məlumat vermişdir. "Rio+20"-nin tarixi barədə danışan Qustav Qrob bildirmişdir ki, bu sammit ilk dəfə 1992-ci ildə keçirilmişdir. Təşkilatın sədri "Rio+20" sammitində bu gün dünyanın diqqətinin cəmləşdiyi ətraf mühitin, mineral ehtiyatların qorunması və enerji təhlükəsizliyi ilə bağlı müzakirələr aparıldığını bildirmişdir.

{nl}

Estoniyanın keçmiş xarici işlər naziri Kristina Ojuland və digər çıxış edənlər də mövzu ilə bağlı fikirlərini bölüşmüş, enerji istehlakının səmərəliliyi ilə bağlı diskussiyalar aparmışlar.
* * *
"Enerji səmərəliliyinin həyata keçirilməsi" mövzusundakı sessiyada çıxış edən Səmərəli Enerji və Sərmayə Təşkilatının direktoru Dario Çello mövzu ilə bağlı iştirakçılara məlumat vermişdir. Dario Çello bu gün enerjidən səmərəli istifadənin vacibliyini vurğulamış, iqtisadiyyatın enerji səmərəliliyi məsələsinin əhəmiyyətini qeyd etmişdir. Bildirilmişdir ki, bu, mühitin dəyişdirilməsi və istixana qazı emissiyasının miqdarının azaldılması ilə bağlı qlobal vəzifələrin həllinə yardım göstərəcəkdir.

{nl}

Bosniya və Herseqovinanın enerji, şaxta və sənaye naziri Erdal Trhulj və başqa çıxış edənlər də bildirmişlər ki, dünya üçün energetika məsələsi enerji səmərəliliyi baxımından olduqca əhəmiyyətlidir və buna görə, bütün ölkələr bu istiqamətdə fəal iş aparmalıdırlar. Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bu sahədə bir sıra mühüm layihələr həyata keçirilir, tədbirlər görülür.

{nl}

"Mümkün bərpaolunan enerji növləri arasında seçim" mövzusunda sessiyada çıxış edən Cibutinin enerji və təbii ehtiyatlar naziri Fuad Hamed Aye bildirmişdir ki, bərpaolunan enerji dünyada enerji təhlükəsizliyinin təminatçısıdır. Çünki bu, həm də terror aktlarının qarşısını alır. Bu, ətraf mühitin sağlamlaşdırılmasına xidmət edir və ölkələrin bir-birindən asılılığına son qoyur.

{nl}

Azərbaycanın Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov mövzu ilə bağlı iştirakçılara məlumat vermişdir. Akim Bədəlov ölkəmizdə bu sahəyə üstünlük verildiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə dair müvafiq dövlət proqramları uğurla icra edilir. O, qeyd etmişdir ki, artıq Azərbaycanda alternativ enerjidən istifadə ilə yanaşı, bu sahədə tətbiq edilən avadanlıqların istehsalı üçün də müəssisələr yaradılmışdır.

{nl}

İtaliyanın Mərkəzi Avropa Təşəbbüsü Təşkilatının baş katibi Corcio Rossio Kikoqna və digərləri də mövzu ilə bağlı fikirlərini bölüşmüşlər.

{nl}

"Qida sənayesinin problemləri" sessiyasında çıxış edən Seonun Group SİM SPA Şirkətinin sədri Abbelkader Taieb Ezzrimi dünya ölkələrinin gələcəyinin qida sənayesi üzərində qurulduğunu bildirmişdir. Qeyd etmişdir ki, dəyişən dünyada ölkələrin kənd təsərrüfatının inkişafına ehtiyacı böyükdür. Abbelkader Taieb Ezzrimi qida sənayesinə həsr edilən tədbirin önəmini vurğulamışdır.

{nl}

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov ölkədə aqrar sahəyə göstərilən qayğıdan danışmışdır. O, Azərbaycanda təbii qidalanmaya üstünlük verildiyini, bu sahədə lazımi addımlar atıldığını diqqətə çatdırmışdır. Nazir qeyd etmişdir ki, ölkədə ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsinin daha da yüksəldilməsi, səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və bütövlükdə aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bu sahədə ixracın coğrafiyasının genişləndirilməsi və həcminin artırılması istiqamətində işlər həyata keçirilir.

{nl}

Sessiya müzakirələrlə davam etmişdir.
* * *
"Qloballaşan Avropa barədə danışarkən! Enerji təchizatı marşrutları: geostrateji və beynəlxalq siyasət" mövzusunda keçirilən sessiyada çıxış edən Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın neft strategiyası barədə iştirakçılara məlumat vermişdir. Azərbaycanda 164 ildir ki, neft hasil edildiyini deyən E.Nəsirov qeyd etmişdir ki, ölkəmizin son zamanlarda qazandığı uğurlar balanslaşdırılmış neft siyasəti ilə bağlıdır.

{nl}

Albaniyanın maliyyə naziri Ridvan Bode mövzu ilə bağlı fikirlərini bildirmiş, enerji təhlükəsizliyi sahəsində bütün ölkələrin güclərinin birləşdirilməsinin vacibliyini diqqətə çatdırmışdır. O, ölkəsində hidroenerji sahəsində müəyyən layihələrin həyata keçirildiyini demişdir. Ridvan Bode diqqətə çatdırmışdır ki, Albaniya təbii ehtiyatları ilə xarici investorları cəlb etməyə çalışır.

{nl}

Bolqarıstanın iqtisadiyyat, enerji və turizm nazirinin müavini Yevgeniya Haritonova, Türkiyənin enerji və təbii resurslar nazirinin müavini Hasan Murat Mərcan və digər çıxış edənlər də dünyada enerji təhlükəsizliyinin həyata keçirilməsi istiqamətində aparılan işlər barədə danışmışlar.

{nl}

Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün müəyyən olunan marşrutlardan istifadənin də vacibliyi vurğulanmışdır.

{nl}

Digər çıxış edənlər də mövzu ilə bağlı fikirlərini səsləndirmişlər.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında