"FORD OTOSAN" dünya bazarında güclü rəqib olmaq əzmindədir

Türkiyənin ilk yük maşınları istehsalçısı olan "Ford Otosan" dünya bazarına çıxır. "One Ford" olaraq dünya bazarında rəqabətə başlayan şirkət öz məhsullarını qlobal müstəvidə təqdim etmək əzmindədir.Mütəxəssislərin fikrincə, "Ford Otosan"ın mühəndisləri tərəfindən təkmilləşdirilən "Ford Cargo" yük avtomobilləri dünya bazarında rəqabət qabiliyyətinə malikdir.

{nl}

Qeyd edək ki, "Ford Motor Company" Türkiyə ilə işgüzar əməkdaşlığa hələ 1928-ci ildən başlayıb. Məhz həmin ildə iş adamı Vəhbi Koç bu kompaniya ilə dilerliyə dair saziş imzalamışdır. Koçun yaratdığı Otomobil Sanayi ( Otosan ) 1960-cı ildən "Ford" minik avtomobillərinin istehsalına başlamışdır. 1967-ci ildə "Ford" mikroavtobuslarının, 1975-ci ildə pikapların istehsalı qaydaya salınmışdır. 1977-ci ildə isə kompaniya lisenziya sazişi imzalamış və bununla da yeni inşa edilmiş zavodda güclü dizel mühərriklərinin və ağır yük maşınlarının istehsalı davam etdirilmişdir. Kompaniya 1992-ci ildən indiki "Ford Otosan" adı ilə fəaliyyət göstərir.

{nl}

"Ford Otosan", "Ford Motor "Company""Koç Holdinq"in birgə sahiblik etdikləri kompaniyadır. Onun dörd müəssisəsində 10 minə yaxın işçi çalışır. "Ford Otosan" Kocaelidəki Ford Tranzit və Tranzit Əlaqə Məhsulları və Eskişehirdəki İnönü avtomobil məhsulları müəssisəsi ilə Avropada "Ford"un əsas istehsal gücüdür. Kompaniya 5 qitənin 70-dən çox ölkəsinə məhsul ixrac edir. Yüzlərlə mühəndisin çalışdığı "Ford Otosan" Türkiyədə ən iri R&D (Research and Development) müəssisəsidir.

{nl}

Türkiyədə istehsal edilən "Ford Cargo" "Ford"un ən təkmil istehsal markalarından biridir və 15 ölkədə 40 xidmət qurumu vasitəsilə müştərilərə yüksək səviyyədə xidmət göstərir. Hazırda "Ford Cargo" maşınları MDB, Şərqi Avropa, Afrika, Orta Şərq regionları da daxil olmaqla 3 qitədə 50 ölkəyə ixrac edilir.

{nl}

1960-cı ildə F600 seriyası ilə yük avtomobili istehsalına başlayan "Ford Otosan" 2011-ci ildə 175.000-ci avtomobilini konveyerdən buraxıb. 52 illik tarixi ərzində istehlakçılara 7 müxtəlif modelli yük avtomobili təqdim olunub. İstehsal 1982-ci ildən İnönü müəssisəsində uğurla davam etdirilir.

{nl}

2005-ci ilə qədər "Ford Cargo" əsasən Türkiyə bazarı üçün istehsal edildiyi halda, artıq bu maşın dünyada tanınmış və rəqabətə davamlı modellərdən birinə çevrilmişdir.

{nl}

"Ford Otosan yük maşınları əməliyyatları" müdiri Emrah Dumanın sözlərinə görə, kompaniya öz qüvvəsini "Ford Cənubi Amerika" ilə birləşdirərək qlobal yük avtomobili istehsalçısı olmaq yolunda zəruri addımlar atacaq və yaxın 5 il ərzində ixracatı 5 minə çatdıraraq dünya bazarında güclü rəqib olmaq əzmini ortaya qoyacaqdır. "Ford Otosan İnönü" müəssisəsinin müdiri Mustafa Menkü şirkətin gələcək fəaliyyəti ilə bağlı nikbin əhval-ruhiyyədədir: "Biz müasir texnologiyalardan istifadə edir və qürur duyuruq ki, Avropa Birliyi normalarına uyğun istehsal etdiyimiz nəqliyyat vasitələri həm daxili, həm də xarici bazarda tanınır. Biz müxtəlif istehlakçı tələblərinə cavab verən nəqliyyat vasitəsi istehsal etmək qabiliyyətindəyik. Məsələn, körfəz ölkələri üçün isti iqlim, Rusiya üçün isə soyuq iqlim paketli nəqliyyat vasitələri istehsal edirik. Eyni zamanda, müəssisəmizdə ixrac bazarlarımızın tələbindan asılı olaraq Euro 1, Euro 3 və Euro 5 buraxılış səviyyəli mühərriklərin istehsalını davam etdiririk."

{nl}

Qeyd edək ki, "Ford Otosan" "Ford Trucks" markası altında yeni korporativlik və şəbəkə standartları yaratmışdır. "Ford Otosan" bununla satış, xidmət və ehtiyat hissələri əməliyyatlarında xidmətin keyfiyyətini artırmaq və müştərilərin razı qalmaları üçün bütün gərəkli tədbirləri görmək əzmindədir.

{nl}

P.S. "FORD OTOSAN"-nın Azərbaycan nümayəndəliyi "UDT TEXNİKA MMC" firmasıdır.

{nl}

İbrahim NİZAMİOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında