"İxracata dönüş"

Azərbaycanda yüksək texnologiyalar kompleksi formalaşır
Məşhur "Rossiyskaya qazeta"nın 29 iyun nömrəsində Azərbaycanın iqtisadi nailiyyətləri haqqında "İxracata dönüş" sərlövhəli məqalə dərc edilmişdir. AzərTAc həmin məqaləni təqdim edir.
Azərbaycanda ağır sənaye obyektlərinin cəmləşdiyi və innovasiya istehsalatlarının inkişaf etdiyi xüsusi zonalar yaradılması ideyası ilk dəfə az-çox aydın şəkildə keçən əsrin sonunda ölkə rəhbərliyi tərəfindən irəli sürülmüşdür. "Azərkimya" dövlət şirkəti İtaliyanın konsaltinq şirkəti ilə birlikdə nəhəng kimya kompleksi, qara və əlvan metallurgiya müəssisələri olan Sumqayıtın sənaye potensialının bərpa edilməsinə dair kompleks plan işləyib hazırladı. İtalyanların hesablamalarına görə, təkcə infrastrukturun bərpasına 1,5 milyard dollar (1999-cu ilin qiymətləri ilə) vəsait tələb olunurdu, kimya kompleksinin əsas müəssisələrinə investisiyalarla birlikdə bu məbləğ iki-üç dəfə artırdı. Sovet dövründə tikilmiş müəssisələrin müasir texnologiyalara uyğun olmaması, modernləşmənin həddindən artıq çox xərc tələb etməsi, habelə özxərciniçıxarma müddətinin uzun olması bu layihəyə potensial investorları cəlb etmədi. 2009-cu ilin dekabrında Sumqayıt texnoparkının (STP) "Azərkimya" sənaye zonasının 45 hektar sahəsində yerləşən ilk altı sənaye obyekti işə salındı. Lakin 90-cı illərdə işlənib hazırlanmış və köhnə Sovet zavodlarının modernləşməsini nəzərdə tutan layihədən fərqli olaraq STP müəssisələri ən müasir texnologiyalarla sıfırdan yaradıldı. İlk olaraq müxtəlif yüksəkvoltlu kabellər, güc və paylayıcı avadanlıq, transformator, su nasosları, su turbinləri, yüksək təzyiqli polimer borular buraxılışı üzrə istehsal xətləri işə salındı. Bu, STP-də istehsalı qaydaya salınmış məmulatların heç də tam siyahısı deyildir.
Birincilər sırasında yaradılmış kabel istehsalatı bir növ STP-nin vizit vərəqi oldu: müəssisələrdən birinin məhsul nomenklaturuna 1 kilovoltdan 110 kilovoltadək gərginlik üçün nəzərdə tutulmuş müxtəlif növ kabellər daxildir. Zavod ildə 30 min ton alüminium və elə bu qədər də mis kabel istehsal edir. Burada sualtı tikinti üçün nəzərdə tutulmuş qurğuşun sarğılı kabel də hazırlayırlar. Cari ilin sonunda 500 kilovoltluq kabel istehsal edəcək yüksək texnologiyalı zavod işə salınacaqdır. STP-nin kabel müəssisələri əvvəlcədən ixracat yönümlü müəssislər kimi nəzərdə tutulmuşdur. Artıq xaricdən məhsul göndərilməsi üçün sifarişlər alınır.
Texnoparkda polimer boru istehsalı da dinamik inkişaf edir. Zavod işə salınanda burada cəmi beş xətt var idi, indi isə axın xətlərinin sayı iyirmi beşə çatdırılmışdır, gün ərzində diametri 16 millimetrdən 800 millimetrədək olan 396 ton polietilən boru istehsal edilir. Burada 50 millimetrdən 250 millimetrədək diametrli yüksək keyfiyyətli drenaj boruları istehsal olunur. Bu yaxınlarda zavod 1200 millimetr diametrli kanalizasiya boruları istehsalına başlamışdır.
Bu yaxınlarda STP-də ildə 50 min ton məhsul buraxılması üçün nəzərdə tutulmuş ağır maşınqayırma zavodu işə salınmışdır. Müəssisə elektrik stansiyaları üçün metal konstruksiyalar və müxtəlif məmulatların hazırlanması, yüksək gərginlikli elektrik xətləri üçün dirəklərin quraşdırılması, habelə qabaritli enerji avadanlığının təmiri üzrə ixtisaslaşır. Bu yaxınlarda STP-də maşın və mexanizm hissələrinin, müxtəlif pəstahların hazırlanması, habelə xüsusi təyinatlı avadanlığın işlək hissələrinin dəqiq emalı üçün nəzərdə tutulmuş dəqiq emal mərkəzinin sexləri işə salınmışdır. Burada su turbini hissələri və müxtəlif ölçülü vallar, reduktorlar, habelə alternativ energetika qurğuları yüksək dəqiqliklə emal edilir. Cari ilin aprelində Sumqayıtda yeni yüksək texnologiyalı müəssisə - günəş modulları və LED lampaları buraxan "Azgüntex" müəssisəsi işə salınmışdır. İlkin mərhələdə burada hər il 60 fotoelementlə təchiz edilmiş 42 vattdan 250 vattadək gücündə 120 min günəş paneli hazırlanacaqdır. Gələcəkdə onların istehsalı ildə 240 min ədədə çatdırılacaqdır. Qeyd edək ki, günəş batareyaları və LED lampaları zavodu Sumqayıtın yeni - üçüncü yüksək texnologiyalar parkının ilk obyekti olacaqdır. Yaxın illərdə burada optik linzalar, şüşə və bazalt liflər, yüksək tutumlu akkumulyatorlar və s. istehsal edən 15 zavodun işə salınması planlaşdırılır.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında