Azərbaycan bu il taxıla olan tələbatın 85 faizini özü ödəyəcək

Azərbaycan bu il taxıl məhsuluna olan ehtiyacının təxminən 85 faizini yerli istehsal hesabına təmin edəcək.
Bunu APA-ya açıqlamasında Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev demişdir.
B.Əliyevin sözlərinə görə, 2012-ci il ərzində Azərbaycanda 2,7 milyon ton taxıl istehsal olunacağı gözlənilir ki, bu da ümumi tələbatın 85 faizinə bərabərdir. "Ümumiyyətlə, 2,7 milyon ton taxıl məhsulunun 1,7 milyon tonunun ərzaq buğdası olacağı gözlənilir. Tələbatı tam ödəmək üçün əlavə taxıl məhsulunun idxalı da gözlənilir, - deyə nazir müavini qeyd etmişdir.
Qeyd edək ki, bu il taxıl əkini təxminən 950 min hektar ərazini əhatə edir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında