"Azərsu" ASC-də görüş

Azərbaycan Respublikasının Almaniyadakı fəxri konsulu Otto Hauser "Azərsu" Açıq Səhmdar Cəmiyyətində olmuşdur. "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovun fəxri konsulla görüşündə su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun idarə olunması, hidrotexniki qurğuların tikintisi, içməli su və çirkab suların laborator analizlərinin ən son texnologiyaya uyğun aparılması üçün yerli mütəxəssislərin Almaniyada təcrübə mübadiləsi əsas müzakirə mövzusu olmuşdur. 
Bakıda və regionlarda reallaşdırılan içməli su və kanalizasiya layihələrində ən son texnologiyaların tətbiq olunduğunu qonağın diqqətinə çatdıran Q. Hüseynov "Azərsu" ASC-də kadr potensialının gücləndirilməsi istiqamətində də işlərin görüldüyünü bildirmişdir. Qeyd olunmuşdur ki, bu məqsədlə yaradılmış təlim- tədris mərkəzi tərəfindən təşkil olunan treninqlərdə xarici mütəxəssislər təlim keçirlər. Həmçinin qonağın diqqətinə çatdırılmışdır ki, kadr potensialının gücləndirilməsi üçün gənc mütəxəssislərin xarici ölkələrə, o cümlədən Türkiyə və Almaniyaya ezam olunması nəzərdə tutulmuşdur. Hazırda Gəncə və Şəki şəhərlərində içməli su və kanalizasiya layihələrinin Almaniyanın KfW Bankının krediti hesabına reallaşdırıldığını bildirən Q. Hüseynov bu şəhərlərdəki, eləcə də digər layihələrdə Almaniya şirkətlərinin avadanlıqlarından istifadə olunmasına görə mütəxəssislərimizin bu ölkədə təcrübə keçməsinin faydalı olacağını da vurğulamışdır.
Fəxri konsul Otto Hauser isə öz növbəsində azərbaycanlı mütəxəssislərin Almaniyanın Ştutqart şəhərində RBC Wave Gmbh şirkətində təlim keçmələri ilə bağlı ilkin danışıqlar apardığını və sentyabr-oktyabr aylarında 10 nəfərlik ilk qrupun təlimlərə başlaya biləcəyini bildirmişdir. Qonaq demişdir ki, 50 ildən artıqdır su təchizatı və kanalizasiya xidmətləri sahəsində ixtisaslaşmış RBC Wave Gmbh şirkəti tərəfindən azərbaycanlı mütəxəssislərə emal və istismar prosesində ən son texnoloji avadanlıqlarla təlimlər keçiriləcək. Növbəti mərhələdə isə almaniyalı mütəxəssislər təlim keçmək üçün Bakıya gələcək və bu zaman ilk qrupda təmsil olunan mütəxəssislərin təcrübəsindən də istifadə olunacaq.
Sonda səmimi görüşə görə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynova təşəkkür edən Azərbaycan Respublikasının Almaniyadakı fəxri konsulu Otto Hauser su təchizatı və kanalizasiya sahəsində Almaniya təcrübəsinin öyrənilməsində Azərbaycana hərtərəfli kömək edəcəyini bildirmişdir.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında