Bakıda İƏT-ə üzv ölkələrin ekoturizm üzrə 2-ci Ekspert Qrupunun görüşü və beynəlxalq ekoregion konfransı keçirilir

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin ekoturizm üzrə 2-ci Ekspert Qrupunun görüşü və "Ekoturizmin inkişafında ekoloji, iqtisadi və mədəni üstünlüklərinin müəyyən edilməsinin əsasları" mövzusunda beynəlxalq ekoregion konfransı öz işinə başlamışdır.
İƏT-in Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, İran, Pakistan, Qazaxıstan və digər ölkələrin nümayəndələri iştirak edirlər.
Çıxış edən İƏT-in baş katibinin müavini Hassan Taherian bildirmişdir ki, bu gün bütün dünyada ətraf mühitin mühafizəsi böyük önəm kəsb edir.
Turizm sahəsi barədə fikirlərini açıqlayan H.Taherian bu sahənin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyev tədbirin əhəmiyyətindən danışmış, iştirakçılara uğurlar arzulamışdır.
Sonra Azərbaycanın turizm potensialı barədə geniş məlumat verilmiş, mövzu üzrə təqdimatlar olmuş, müzakirələr aparılmışdır.
Beynəlxalq konfrans iyunun 12-də başa çatacaqdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında