Azərbaycanla Estoniya bir sıra sahələrdə əməkdaşlığın təməlini qoya bilər

İyunun 28-də "Hilton Baku" otelində Azərbaycan Respublikası və Estoniya Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın birinci iclası keçirilmişdir.
Tədbiri açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov son illər Azərbaycanda böyük vüsət almış iqtisadi inkişafla bağlı estoniyalı qonaqlara geniş məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycanda qeyri-neft sektorunun tərəqqisi istiqamətində mühüm tədbirlər görülür. Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunmuş, onun həllinin gecikdirilməsinin ölkəmizin və regionun inkişafına mənfi təsir göstərdiyini qeyd etmişdir.
İclasda, həmçinin hər iki ölkənin iqtisadi və ticarət əlaqələrinin perspektivlərindən bəhs edilmiş, nəqliyyat, sənaye, kommunikasiyalar və informasiya texnologiyaları, maliyyə və digər sahələrdə səmərəli əməkdaşlıqda tərəflərin maraqlı olduğu vurğulanmışdır.
Estoniyanın iqtisadi əlaqələr və rabitə naziri Yohan Parts demişdir ki, Azərbaycan və Estoniya prezidentlərinin səfərləri ölkələrimiz arasında əməkdaşlığa geniş yol açmışdır. Azərbaycan iqtisadi cəhətdən böyük imkanları olan ölkədir. Bu baxımdan Estoniya Azərbaycan ilə turizm, nəqliyyat, rabitə və bir çox sahələrdə əməkdaşlığın təməlini qoya bilər.
Estoniyanın Avropa İttifaqının üzvü olduğunu söyləyən nazir əlavə etmişdir ki, ölkəsinin ticarət əlaqələrinin 80 faizi bu quruma daxil olan dövlətlərdir. Son zamanlar dünya iqtisadiyyatında tənəzzülün baş verməsinə baxmayaraq, 2011-ci ildə Estoniyada 7,6 faiz iqtisadi artım olmuşdur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan qonaq da artıq 20 ildir davam edən münaqişənin regionun inkişafı və təhlükəsizliyinə ciddi əngəl törətdiyini bildirmiş, problemin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu qeyd etmişdir.
İclasda hər iki ölkədə iqtisadi vəziyyət, ikitərəfli ticarət və iqtisadi əlaqələrin perspektivləri müzakirə edilmişdir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında