Son iki ildə Azərbaycanla Estoniya arasında ticarət dövriyyəsinin həcmi 2 dəfə artmışdır

Estoniya ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmini artırmaq üçün böyük potensial mövcuddur.
Bu sözləri Estoniyanın iqtisadi əlaqələr və rabitə naziri Yuhan Parts Azərbaycan-Estoniya ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclasında demişdir.
Nazir diqqətə çatdırmışdır ki, son 2 il ərzində ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcmi 2 dəfə artmışdır. Lakin hazırda ticarət dövriyyəsinin həcmi 20 milyon avro həcmindədir ki, bu rəqəm hər iki ölkəni qane etmir. Bu göstəricini artırmaq üçün böyük potensial var və imkanlarımız genişdir.
Qonaq vurğulamışdır ki, biz tədbirdə Azərbaycan ilə iqtisadiyyat və biznes imkanlarını müzakirə edəcəyik, gələcəkdə isə təhsil, elm, mədəniyyət, İKT, energetika, turizm və digər sahələrdə əməkdaşlığa başlamaq niyyətindəyik.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında