Azərbaycan Dövlət Neft Fondu TANAP-ın maliyyələşdirilməsində iştirak edə bilər

TransAnadolu Boru Kəməri (TANAP) layihəsinin maliyyələşdirilməsində maliyyə institutlarının da geniş iştirakı nəzərdə tutulur.
Bu barədə APA-nın Türkiyəyə ezam olunmuş müxbirinə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) İnvestisiyalar İdarəsinin rəisi Vaqif Əliyev bildirib.
Onun sözlərinə görə, ARDNŞ bu layihənin maliyyələşdirilməsində Azərbaycanın daxili maliyyə imkanlarından da istifadə etməyi planlaşdırır, eyni zamanda onun maliyyələşdirilməsi üçün layihə maliyyələşdirilməsi" formasından da istifadə oluna bilər. Maliyyənin hansı mənbələrdən cəlb olunması isə bu vəsaitlərin hansı şərtlərlə təklif olunmasından asılı olacaq.
"Ehtimal edirəm ki, Azərbaycan Dövlət Neft Fondu da bir sərmayəçi kimi bu layihəyə qoşulmağı çox ciddi şəkildə araşdıracaq və müsbət qərar qəbul olunduğu halda biz istərdik ki, Neft Fondu da burada iştirak etsin. Bu, effektivliyinə inandığımız və beynəlxalq layihələrdə olduğu kimi, illik gəlirliyi 10 faizdən artıq olan bir layihədir. Və niyə də Dövlət Neft Fondu burada iştirak etməsin", - deyə ARDNŞ rəsmisi vurğulayıb.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında