Taxılçıların zona müşavirəsi

Azərbaycanın taxıl zəmilərində arpa və buğda biçininə başlanmışdır. Bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi Elmi Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında "Dəmyə şəraitdə yeni taxıl sortlarının sınağı və toxumçuluğun təşkili"nə həsr edilmiş səyyar zona müşavirəsi keçirmişdir.
Müşavirədə çıxış edən kənd təsərrüfatı naziri İsmət Abasov Prezident İlham Əliyevin qeyri-neft sektorunun, onun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğıdan, bu sahədə qarşıda duran pioritet məsələlərdən danışmışdır. Qeyd etmişdir ki, dəmyə bölgələrdə torpaqlardan səmərəli istifadə olunmaqla kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına nail olmaq mümkündür. Əlbəttdə, bunun üçün taxılçılıqda biotik və abiotik faktorlara davamlı yeni sortlar yaradılması, onların toxumçuluğunun təşkili və yayılması istiqamətlərində ardıcıl iş aparılmalıdır. Habelə, taxıl istehsalı üçün məlum olan ən səmərəli becərmə aqrotexnikasından, gübrələmə sistemlərindən və bitki mühafizəsi tədbirlərindən istifadə olunmalıdır. Bu məsələlərlə əlaqədar hələ çox iş görülməli, xüsusilə maarifləndirmə işləri gücləndirilməlidir. Ötən il respublikamızda 950 min hektardan çox sahədə taxılın hər hektarda orta məhsuldarlığı 25,2 sentner təşkil etmişdir ki, bu da kifayətləndirici deyildir. Məncə taxılçılıq üçün vacib olan 50-dək aqrotexniki tədbirin ən zəruri 17-18-i yerinə yetirilsə hektarın məhsuldarlığı 35 sentnerdən yüksək ola bilər. Bu, təkcə taxılçılıqla məşğul olan mütəxəssislərin yox, həm də hər bir torpaq mülkiyyətçisinin vəzifəsidir.
Əgər respublika üzrə hər hektarın məhsuldarlığı orta hesabla 35 sentnerə çatdırılsa ölkəmizin taxıla olan tələbatını tam ödəmək mümkündür. Nəzərə alsaq ki, cari mövsümdə Biləsuvar rayonunda, eləcə də bir sıra digər bölgələrdə bəzi fermerlər hər hektardan orta hesabla 52-53 sentner məhsul əldə edirlər, bu, hamını ciddi düşündürməlidir. Məlumdur ki, bu sahədə dövlət fermerlərə hər cür lazımı köməklik göstərir, lakin təəssüflər olsun ki, çoxları hələ taxılçılığa primitiv qaydada münasibət bəsləyirlər.
Müşavirədə yeni məhsuldar taxıl sortları və onların perspektivləri barədə də ətraflı məlumat verildi. Bildirildi ki, artıq ikinci ildir ki, geniş istifadə edilən, bu gün respublikamızda əkin sahəsinin 15 min hektara çatdırıldığı "Qobustan" buğda sortu quraqlığa və xəstəliklərə davamlılığı ilə seçilir.
O da qeyd edildi ki, mühüm srateji məhsul sayılan taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün torpaqdan səmərəli istifadə edilməli, bu zaman növbəli əkin sisteminin tətbiqinə xüsusi fikir verilməlidir. Orta və dağlıq bölgələrdə noxud, xaşa, yüksək dağlıq ərazilərdə isə vələmir, qarabaşaq əkinləri çox faydalıdır.
Müşavirə iştirakçıları təcrübə stansiyasında yeni salınmış qarabaşaq sahəsinə baxış keçirdilər. Bu gün bazarlarda qarabaşağa yüksək tələbat olduğunu diqqətə çatdıran mütəxəssislər onun istehsalının artırılması perspektivlərindən bəhs etdilər. Nəzərə çatdırıldı ki, bu bitkinin yaxşı tozlanması üçün arıçılığı da inkişaf etdirmək daha məqsədəuyğundur.
Müşavirə iştirakçıları Qobustan rayonunda özəl toxumçuluq təsərrüfatında da olmuş, taxıl biçininin gedişini izləmişlər.

{nl}

Telman ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında