"Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika" (TK11) standartlaşdırma üzrə Texniki Komitənin təqdimatı olmuşdur

İyunun 22-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) və Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika" (TK11) standartlaşdırma üzrə Texniki Komitənin yaradılması ilə bağlı təqdimat mərasimi keçirilmişdir. 
Mərasimdə DTXK-nın sədri Qərib Məmmədov Texniki Komitənin yaradılmasının məqsədinin torpaqların qiymətləndirilməsi, yer quruluşu, torpaq kadastrı, coğrafi informasiya sistemləri, həmçinin əsas məkan məlumatları və naviqasiya xəritələrinin təhlükəsizliyinin təmin edilməsi, Milli Məkan Məlumatları İnfrastrukturu sahəsində standartlaşdırma üzrə işlərin təkmilləşdirilməsindən ibarət olduğunu bildirmişdir.
Məlumat verilmişdir ki, yeni qurumun strukturu müəyyənləşdirilmiş, onun fəaliyyətini təmin edəcək "Torpaqların qiymətləndirilməsi", "Torpağın keyfiyyətini yaxşılaşdıran vasitələr", "Geoməkan xidmətləri", "Kadastr informasiyanın menecmenti və informasiya cəmiyyəti", "Obrazlar", "Geodeziya və kartoqrafiya" alt komitələri yaradılmış və 20 üzv təşkilatın siyahısı təsdiq edilmişdir.
TK11-in əsas vəzifələri milli, dövlətlərarası, beynəlxalq, regional və xarici ölkələrin standartlarının, texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin layihələrinin ekspertizasını təşkil etməkdən ibarət olacaqdır.
Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirmişdir ki, ölkəmizdə texniki tənzimləmə, standartlaşdırma, keyfiyyətin idarə olunması məsələlərinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu sahələrin beynəlxalq tələblər səviyyəsində qurulması və inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür. O Azərbaycanda dövlət standartlarının, standartlaşdırma üzrə başqa normativ sənədlərin təşkili və işlənməsi, baxılması, razılaşdırılması və təsdiqə hazırlanması, eləcə də beynəlxalq standartlaşdırma üzrə işlərin aparılmasında texniki komitələrin rolunu vurğulamışdır. Qeyd etmişdir ki, ölkəmizdə qida məhsulları, informasiya texnologiyaları, ekologiya, turizm, keyfiyyətin idarə olunması sahələri üzrə belə komitələr fəaliyyət göstərir.
Tədbirdə "Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika" (TK11) standartlaşdırma üzrə Texniki Komitənin yaradılmasının əhəmiyyətindən söhbət açılmışdır.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında